Icma.az
close
up
RU
ICESCO simpoziumunda Azərbaycan multikulturalizmi modelinin təqdimatı

ICESCO simpoziumunda Azərbaycan multikulturalizmi modelinin təqdimatı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsində BMT-nin Sivilizasiyalar Alyansının rolunun aktivləşdirilməsi” mövzusunda Tunis Beynəlxalq Simpoziumunda Azərbaycan multikulturalizmi barədə “Azərbaycan modeli və sivilizasiyaların dialoqu” mövzusunda məruzə dinlənilib.

Bakı Beynəlxalq Multikulturalizm Layihələr Şöbəsinin müdiri dosent İrina Kuninanın təqdimatında diqqətə çatdırılıb ki, Azərbaycanın multikulturalizm modeli multikultural dəyərlər, dini dözümlülük və sivilizasiyalararası dialoqun qorunması baxımından dünyada nümunəvi təcrübə kimi qəbul olunur. Azərbaycan tarixi boyunca müxtəlif etnik və dini icmaların sülh və qarşılıqlı hörmət şəraitində birgəyaşayış mədəniyyətini formalaşdırıb və bu ənənə bu gün dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Məruzəçi vurğulayıb ki, Azərbaycan multikulturalizmi yalnız nəzəri deyil, həm də praktik nəticələrə əsaslanan, institusional mexanizmlərlə təmin edilmiş davamlı bir modeldir. Ölkədə müxtəlif dinlərin ibadət yerlərinin qorunması, milli-mədəni irsin bərpası, dini zəmində ayrı-seçkiliyə yol verilməməsi və müxtəlif icmaların dövlət tərəfindən dəstəklənməsi bu modelin əsas elementlərindəndir.

BBMM-in fəaliyyətindən də bəhs edən şöbə müdiri bildirib ki, mərkəzin həyata keçirdiyi müxtəlif beynəlxalq layihələr, o cümlədən xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, gənclər üçün dialoq təşəbbüsləri, dini-etnik icmaların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər sivilizasiyalararası dialoqun institusional əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verir.

Xatırladaq ki, beynəlxalq simpoziumu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Xarici İşlər, Miqrasiya və Xaricdə Yaşayan Tunislilər Nazirliyi və BMT-nin Sivilizasiyalar Alyansı ilə tərəfdaşlıq çərçivəsində təşkil edib. Simpoziumun açılış mərasimində bir neçə nazir və yüksək vəzifəli şəxs, üzv dövlətlərin səfirləri, beynəlxalq və regional təşkilatların nümayəndələri, eləcə də dünyanın müxtəlif ölkələrindən olan ekspertlər və mütəxəssislər iştirak edib.

Simpozium zamanı müzakirələrdə iştirakçılar Alyansın 5 sütununa - təhsil, media, miqrasiya, qadınların səlahiyyətləndirilməsi və gənclərin roluna xüsusi diqqət yetirərək sivilizasiyalararası dialoqun üzləşdiyi ən aktual problemlərə toxunublar. Onlar qarşılıqlı anlaşma dəyərlərini möhkəmləndirmək və cəmiyyətlərin nifrət çıxışları və bölünməyə qarşı mübarizə aparmaq imkanlarını artırmaq üçün innovativ mexanizmlərin hazırlanmasının zəruriliyini vurğulayıblar.

T.RÜSTƏMLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri