Icma.az
close
up
RU
AFFA nın əsas missiyası

AFFA nın əsas missiyası

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

İyunun əvvəlində Azərbaycan millisi növbəti iki oyununu keçirəcək. Ayın 7-də Riqada Latviya ilə qarşılaşacağıq, 3 gün sonrakı rəqibimiz isə Macarıstandır. Bu rəqiblə oyun Mərdəkanda keçiriləcək. Haiti və Belarusla oyunlar kimi, bu iki qarşılaşma da yoxlama mahiyyətlidir. Yəni ki, gücümüzü sınayıb, nəyə qadir olduğumuzu görəcəyik. İşində əslində biz nəyə qadir olduğumuzu bilirik. 

İki gün sonra AFFA-nın inzibati binasında mətbuat konfransı keçirib, milliyə dəvət olunan futbolçuların adlarını açıqlayacaq Fernandu Santuş həmin görüşlərdən sonra da mikrofonların önünə keçəcək. Nəticə qənaətbəxş olsa, özünü tərifləyib, düzgün yolda olduğunu deyəcək. Əks halda isə deyəcək ki, gəlin sizə təskinlik verim, olanınız budur, ürəyinizi sıxmayın.

Əslində belə olmamalıdır. Bir halda ki, hər il futbolun inkişafına milyonlar xərcləyirik, AFFA əcnəbi çalışdırıcıları, futbolçuları, həkimləri, masajçıları, hətta televizyonçuları bura dəvət edib, bir ətək pul xərcləyirsə, nə üçün futbolumuzun quyunun dibində olmalıdır? Nə üçün hər dəfə milli komandamız meydana çıxanda ürəyimiz əsməlidir, rəqibin bizə insaflı davranması üçü dua etməliyik? Oyundan sonra da qanımız qaralır, utandığımızdan gizlənməyə yer axtarırıq. Xaricdə yaşayan əcnəbi dost-tanışımızla danışarkən söhbət milli komandalardan düşəndə mövzunu dəyişdirməyə çalışır. 

2005-ci ildə qəbul olunan futbolun inkişafına dair Dövlət Proqramından bir icraat görmədik. 2015-ci ilə qədər milyonlar və zaman boşa verildi. 2015-ci ildən bir 10 il də keçib. AFFA-nın rəhbərliyi dəyişsə də, futbola yanaşma dəyişməyib. Yenə dəbdəbəli sözlər eşidirik, amma ortada icraat yoxdur. Dövlət Proqamının adını strategiya qoyub, bir 10 ili də belə yola vermək əzmindədirlər. Əvvəlki AFFA rəhbərliyi Berti Foqtsa, Canni De Byaziyə qucaq açırdısa, indi süfrəmiz başında onların portuqaliyalı həmyaşıdı Fernandu Santuşu əyləşdirmişik. Başqa nəsə dəyişməyib. Yenə də adam içinə çıxası bircə futbolçumuz da yoxdur. Qonşularımıza baxıb köks ötürürük, özümüzkülərə baxıb, utanırıq. Xaricdə legioner həyatı yaşayan düz-əməlli futbolçumuzun olmaması bir yana, azərbaycanlı futbolçular heç yerli çempionatda da özlərini göstərə bilmirlər. Premyer Liqanın ən məhsuldar futbolçularının siyahısında ilk 7 nəfər əcnəbidir, Nəriman Axundzadə 9 qolla səkkizincidir və ilk "onluq"da yeganə yerli futbolçudur.

AFFA əsas missiyasını - futbolçu yetişdirməyi unudub. Qurumun baş katibi Cahangir Fərəcullayev özünü Xarici İşlər Nazirliyinin əməkdaşı kimi aparıb, əcnəbi səfirlərlə görüşlər keçirir. Yerdə qalan əməkdaşların da sorağı hər gün bir xarici ölkədən gəlir, üç gündən bir hansısa şəhərə səfər təşkil olunur. Adını da qoyurlar beynəlxalq tədbirlərdə iştirak. AFFA-nı sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva mayın 23-dək İngiltərənin Bruton şəhərinə ezam olunub. Ondan bir həftə əvvəl isə AFFA-nı İnfrastruktur Departamentinin aparıcı mütəxəssisi Zəhra Vəlizadə İsveçrənin Sürix şəhərində keçirilən bir tədbirə qatılmışdı. Təxminən bir həftə öncə daha bir nümayəndə heyəti dünyanın o başında yerləşən Paraqvayın paytaxtı Asunsyonda FIFA-nın 75-ci Konqresinə qatılmışdı. Mötəbər tədbir üçün səfərə çıxanlar Cahangir Fərəcullayev, Sərxan Hacıyev və Orxan Əhmədov idi.

Bir sözlə, futbol dünyasının, UEFA-nın və FİFA-nın bir seminarı, konqresi, toplantısı bizimkilərin iştirakı olmadan keçirilməz. Özümüzü hər tədbirə çatdırıb, ciddi görkəmlə yuxarı başda əyləşməyi xoşlayırıq. Hər tədbirə yetəcək qədər AFFA əməkdaşı da var. Bircə üzümüzü ağardacaq futbolçudan başqa. Ümid edək ki, nə vaxtsa futbolçu yetişdirmək missiyası da AFFA-nın yadına düşəcək, xaricə ütülü qalstuklu, əyni  bər-bəzəkli rəsmi şəxslər yox, başımızı uca edəcək futbolçu da göndərə biləcəyik. 

Amal Abuşov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri