AFFA nın təşkilatçılığı ilə rəqəmsal Marketinq seminarı keçirildi FOTOLAR
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
AFFA və Futbolun İnkişaf Fondunun (FİF) birgə təşkilatçılığı ilə Rəqəmsal Marketinq seminarı keçirilib. Tədbirdə Premyer Liqa klublarının, eyni zamanda AFFA, Peşəkar Futbol Liqası və FİF-in media və marketinq sahəsində çalışan əməkdaşları iştirak ediblər.
Sportal.az xəbər verir ki, seminarda “Result Sports” agentliyinin rəhbəri, sahənin aparıcı mütəxəssislərindən olan Mario Leo spiker qismində çıxış edib.
AFFA-nın baş katibinin müavini Kamran Vəliyev tədbiri giriş sözü ilə açdıqdan sonra FİF-in icraçı direktoru Tural Piriyev “Klub futbolunda marketinqin rolu” mövzusunda fikir və təcrübələrini bölüşüb.
Tədbirin davamında “Kapital Bank”ın Marketinq Ekspert Mərkəzinin lideri Kamran Babaşov “Bankçılıq və futbolda neyromarketinq” mövzusunda təqdimatla çıxış edib.
Seminar çərçivəsində yerli klublardan nümunələr təqdim olunub, iştirakçılarla qrup tapşırıqları icra edilib. Tədbir panel müzakirəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















