Icma.az
close
up
RU
AFFA rəhbərliyi bu Santuşu göndərəcək, gedib yeni bir Santuş gətirəcək ŞƏRH

AFFA rəhbərliyi bu Santuşu göndərəcək, gedib yeni bir Santuş gətirəcək ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.

Fernandu Santuşun istefaya göndərilməsi vəziyyəti necə dəyişəcək?

Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, heç nə dəyişməyəcək.

"Çünki Azərbaycan futbolunun hansısa uğura nail olmaq üçün potensialı yoxdur. Bizim əsas problemimiz ölkədə futbolçu yetişdirilməməsidir. Əlimizdə “məhsul” yoxdur. Ona görə də məşqçiləri dəyişməyin heç bir adı yoxdur. AFFA rəhbərliyi bu Santuşu göndərəcək, gedib yeni bir Santuş gətirəcək. Ya da uzaqbaşı, vaxtilə Qurban Qurbanova etdikləri kimi bir il azərbaycanlı məşqçiyə şans verəcəklər, bir ildən sonra deyəcəklər ki, gördünüz, azərbaycanlı məşqçidən nəticə olmadı, təzədən onu göndərəcəklər və yenə də xaricdən bir Santoş tapıb gətirəcəklər. Onlarla işləməyə davam edəcəklər.

Amma əsas iş uşaq futbolunun inkişafı, infrastrukturun qurulması, uşaq futbolçularının yetişdirilməsidir. Amma bunları görməyəcəklər. Görmədikcə də həmişə belə davam edəcək. Azərbaycan futbolunun problemi məşqçi problemi deyil. Azərbaycan futbolunun problemi idarəçilik problemidir və məhz idarəçilikdən qaynaqlanan məsələlərdir".

Onun sözlərinə görə, bizim əlimizdə məhsul yoxdur:

"Bizim əlimizdə nəinki Avropanın əsas çempionatlarında, hətta ikinci-üçüncü dərəcəli çempionatlarında oynaya biləcək futbolçu yoxdur. Sənin milli komandan güclü olmalıdırsa, futbolçuların legioner həyatı yaşamalıdır. Əgər Azərbaycan çempionatında oynayan futbolçularla güclü yığma komanda formalaşdırmaq mümkün olsaydı, onda dünyanın bütün ölkələri öz futbolçularını Azərbaycana göndərərdilər ki, gəlin burada oynayın, inkişaf edin və milli komandamız da inkişaf etsin.

Azərbaycan çempionatında oynayan futbolçularla yaxşı yığma formalaşdırıb beynəlxalq yarışlarda uğur qazanmaq mümkün deyil. Biz yaxşı futbolçu yetişdirməliyik. O futbolçular Avropada rəqabətə davamlı olmalıdır, xarici klublarda oynamalıdır. Onların əsasında da yığma formalaşmalıdır. Əlində məhsul olmalıdır. Ondan sonra məşqçi haqqında düşünmək olar: “Hə, mənim əlimdə məhsul var, bu məhsulu kim cilalamalıdır?” Bundan sonra hansı məşqçiyə üstünlük vermək lazım olduğunu müəyyənləşdirmək olar. İndiki halda isə məşqçiləri dəyişməyin heç bir mənası yoxdur".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri