Icma.az
close
up
RU
AFFA rəsmisi: Futbolumuzda inkişafa nail olmaq üçün böyük məsafə qət etməliyik AZƏRTAC

AFFA rəsmisi: Futbolumuzda inkişafa nail olmaq üçün böyük məsafə qət etməliyik AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 yanvar, AZƏRTAC

AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov milli assosiasiyanın yeni inkişaf strategiyasını dəyərləndirib.

Mütəxəssis AZƏRTAC-a açıqlamasında layihədə yer alan hər bir hədəfin ölkə futbolunun inkişafı üçün doğru istiqamət olduğunu bildirib.

“Sadalananları mərhələ-mərhələ həyata keçirmək lazımdır. Bu, heç də asan məsələ deyil. Ən vacibləri infrastrukturun yaxşılaşdırılması, akademiyaların tikilməsi, yeniyetmə və uşaq futbolunun inkişaf məsələləridir. Bunlarla yanaşı, kütləvilik də çox vacibdir. Hesab edirəm ki, kütləviliyə nail olmaq elə də çətin proses olmamalıdır. Azərbaycanda futbolu sevirlər. Ölkəmizdə futbol ən populyar və əsas idman növlərindən biri hesab olunur. İşğaldan azad edilmiş rayonlarımıza köç başlayandan sonra həmin ərazilərdə uşaqların futbolla məşğul olması üçün yaxşı şərait yaradılıb. Düşünürəm ki, belə təşəbbüslərin davamı gəlsə, futbolumuzun gələcəyi üçün bir o qədər yaxşı olar. Bunu gerçəkləşdirmək üçün böyük maliyyə də tələb olunmur. Bu baxımdan əsas məsələ infrastrukturdur. Bu istiqamətdə çoxlu işlər görmək lazım olacaq”.

Aslan Kərimovun sözlərinə görə yeniyetmə və uşaq futbolunun inkişaf məsələsi ilə yanaşı klublarımızın dayanıqlılığı olduqca mühüm mövzudur. Klublarımızın dayanıqlılığından ötrü böyük bir strategiya qurmağa da ehtiyac yoxdur. Yetər ki, maliyyə kifayət qədər dayanıqlı olsun. Maliyyə kifayət qədər olsa, klublarımızın inkişafı yavaş-yavaş gedəcək. Digər əhəmiyyətli məsələlərdən biri isə akademiyaların tikilməsi və idarə olunmasıdır: “Maarifləndirmə də bunun içərisində ən vacib amildir. Əgər yeni akademiya tikir və burada uşaq futbolunu inkişaf etdirmək istəyirsənsə, maarifləndirmə onun özəyini təşkil etməlidir. Çünki uşaqlara futbolu başa salan məşqçilər olmalı, məşqçiləri də yetişdirən maarifləndirmə və infranstruktur olmalıdır. Düşünürəm ki, bu iki istiqamətdə böyük işlər görmək lazımdır. Hazırkı durumda həm maarifləndirmədə, həm də infranstrukturda müəyyən çatışmazlıqlar var. Açığı, bunların nə dərəcə yerinə yetiriləcəyini bilmirəm. İnanıram ki, tez bir zamanda problemlərin öhdəsindən gələ biləcəklər. Ölkəmiz bu kimi məsələlərə maliyyə ayırmaq iqtidarındadır. Fikrimcə, müsbət mənada dəyişikliklər mütləq olacaq. Amma bunun nə dərəcə sürətli gedəcəyini demək çətindir. Əsas məsələ də məhz budur. Çünki hazırda çox geridəyik. Məqsədimizə çatmaq üçün biz böyük məsafə qət etməliyik”.

Veteran futbolçunun sözlərinə görə, layihənin uğurlu olması üçün nəzarət mexanizmi gücləndirilməlidir: “Əslində, həm strategiyamız düzgün istiqamətdədir, həm də prioritetlərimiz doğrudur. İnanıram ki, bu planları reallaşdırsaq, çox yaxşı yerlərə gəlib çıxacağıq. Nəzarət mexanizminin necə çalışacağını da zaman göstərəcək. Kimlərin nəyə necə nəzarət etməsi çox önəmlidir. Futbol kompetensiyası olmayan insan nəzarət edəcəksə, o zaman çətinlik yaşacağıq. Bizə yaxşı, təcrübəli mütəxəssislər lazımdır. Misal üçün, Premyer Liqada çalışan baş məşqçi həyatını yalnız böyüklərlə işləməyə həsr edibsə, onun uşaq və gənclərlə işləmə şansı yoxdur. Bu yöndə təcrübəsi olmadığından effektli işlər görə bilməcəyək. Buraya xüsusi olaraq uşaqlar və gənclərlə işləyən şəxslər cəlb olunmalıdır. Hansısa bir məşqçi Premyer Liqada böyük uğurlar əldə edibsə, bu o demək deyil ki, o uşaqlarla nələrəsə nail ola biləcək. Yaxud akademiyadakı işlə bağlı böyük təcrübəsi olan, uşaq futbolçu yetişdirən biri böyüklərin futboluna nəzarət edəsi olsa, onun işi uğurlu alınmayacaq. Bu baxımdan çox çətin mexanizmdir. Buna da insan resursları lazımdır. Ona görə də inkişafın hansı sürətlə, nə cür addımlarla gedəcəyini təxmin etmək çətindir. Bunu yalnız zamanla müşahidə edə bilərik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri