Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır
Icma.az, Marja.az saytına istinadən bildirir.
2026-cı ildə Azərbaycanın dövlət büdcəsində "Bakı Metropoliteni" QSC-yə 40 milyon manat dotasiya ayrılması nəzərdə tutulur.
Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 12,3 milyon manat və yaxud 44,6 % çoxdur.
Məqsəd sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsidir.

