AFFA Santuşun azərbaycanlı köməkçisinin adını açıqladı FOTO
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Rəşad Eyyubov Azərbaycan milli komandasının məşqçisi təyin olunub.
Publika.az xəbər verir ki, o, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Eyyubovla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.
Heybət
Baxış sayı:113
Bu xəbər 07 Yanvar 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















