Icma.az
close
up
RU
AFFA “Turan Tovuz”u yüksək məbləğdə cərimələdi

AFFA “Turan Tovuz”u yüksək məbləğdə cərimələdi

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

23 fevral 2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXIV turun “Şamaxı” – “Turan Tovuz” oyunu öncəsi “Turan Tovuz” klubunun rəsmi “Facebook” səhifəsində və veb-saytında AFFA və PFL-in nüfuzuna xələl gətirən, həmçinin AFFA, PFL və onların bayrağı altında keçirilən yarışların şəffaflığını sual altına alan açıqlama paylaşılıb.

Futbolpress.az xəbər verir ki, klubun rəsmi səhifəsindən yayımlanan bu bəyanat cəmiyyət arasında AFFA və PFL-in fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdırmağa yönəlmiş, futbolun idarəedici qurumlarının qərarlarının obyektivliyinə dair şübhələr yaratmışdır.

AFFA İntizam Komitəsi məsələni araşdıraraq aşağıdakı məqamları müəyyən etmişdir:

• AFFA və PFL-in nüfuzuna zərər vurulması: Klubun rəsmi açıqlaması AFFA və PFL-in idarəçilik və təşkilati fəaliyyətini gözdən salmağa yönəlmiş, futbol ictimaiyyəti arasında bu qurumların qərarlarının qeyri-obyektiv olduğu təsəvvürü yaratmağa çalışmışdır.

• Oyunun təxirə salınması ilə bağlı tələbin əsaslı olmaması: AFFA və PFL-in müəyyən etdiyi qaydalara əsasən, oyunların təxirə salınması üçün yalnız meydançanın oyuna yararsız olması və ya təhlükəsizlik baxımından ciddi risklər mövcud olduqda qərar verilə bilər. Hava şəraitinin dəyişkən olması, VAR sisteminin olmaması və ya canlı yayımın təmin edilməməsi oyunun keçirilməməsi üçün əsas hesab edilmir.

• AFFA tərəfindən klubun əvvəlcədən xəbərdar edilməsi: “Turan Tovuz” PFK-nın oyundan əvvəl verdiyi açıqlamadan sonra AFFA bu bəyanatın yolverilməz olduğunu bildirmiş, klubun məsələ ilə bağlı konkret sübutlar təqdim etməsinin vacibliyini vurğulamışdır. Klub tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, bu cür açıqlamaların davam etdirilməsi İntizam Komitəsinin araşdırma aparmasını zəruri etmişdir.

AFFA İntizam Komitəsi qeyd olunan halları nəzərə alaraq aşağıdakı qərarları qəbul edib:

AFFA və PFL-in işgüzar nüfuzuna xələl gəlməsinə gətirib çıxardan hərəkətlərə yol verdiyinə görə “Turan Tovuz” PFK 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin (maddə 47, İntizam Komitəsi Əsasnaməsinin 2.4-cü bəndi (anoloji halın tətbiqi ilə birlikdə).

AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda, bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 İyun 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri