Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Afişada “Sosial ədalət”, səhnədə “Məkr xəyanət”

Afişada “Sosial ədalət”, səhnədə “Məkr xəyanət”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

USAID-in törətdiyi rəzalətlərin kartotekasındakı faktlar hər gün artır

Yadımdadır, 2019-cu il dekabrın 18-də Bakıda USAID missiyasının direktoru Cey Sinqxin iştirakı ilə “Çirkli pulların yuyulmasında vətəndaş cəmiyyəti təşkilatlarından sui-istifadənin qarşısının alınmasında beynəılxalq qabaqcıl təcrübəyə dair seminar” keçirilmişdi. O zaman “Xalq qəzeti”nin mərhum əməkdaşı İlham Abbasov maraqlı bir fikir səsləndirmişdi: “USAID deyilən o təşkilat çirkli pulların yuylmasında iştirak edənlərin ən yekəsidir”. O həmkarımız filoloq-dilçi olsa da, öz arqumentindəki “yekə” ifadəsini başqa sözlə dəyişməmişdi. Sonra məlum oldu ki, həmin beynəlxalq təşkilat, sözün həqiqi mənasında, çirkin əməlləri törədənlərin lap yekəsidir.

Doğrusu, mən o zaman İlham Abbasovla razılaşmamışdım. Çünki söhbət ABŞ kimi güclü dövlətin büdcəsindən maliyyələşdirilən “nüfuzlu” qurumdan gedirdi. O zaman İlham Abbasov məni inandıra bilməsə də, altı ildən sonra cənab Donald Tramp inandırdı. Birləşmiş Ştatların yenidən seçilmiş Prezidenti USAID haqqında elə faktlar səsləndirdi o faktları iki-üç il əvvəl dünyanın heç bir siasətçisi işlətmək istəməzdi. Ancaq zaman çox suları durultmaq iqtidarındadır.

Dünya ictimaiyyəti suların durulmağa doğru getməsi prosesində – ötən ilin payızından bəri USAID- in son əlli ildəki bütün eybəcərliklərini ifşa etdikcə həmin iyrənc faktların kartotekası gündən-günə “zənginləşir”. Bu gün artıq mətbuatda “USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?”, “USAID-in qanunsuz əməlləri dünyanı şoka saldı”, “İç üzü açılan USAID hər yerdən qovulur”, “Dünyada hansı çirkin iş varsa, arxasından USAID çıxır” kimi yazı sərlövhələrinin görünmədiyi gün olmur.

Həmkarlarımız yazırlar ki, dünyanın ən nüfuzlu mətbuat orqanları bu məkrli təşkilatın əlində bir alət imiş. Təmsil etdiyi dövlətin adından istifadə edən “usaidçilər” hansısa dövlətə, onun rəhbərliyinə qarşı qaralama kampaniyasını məhz satın aldıqları mətbuat vasitələrinin əli ilə aparıblar. Üstəlik, USAID hər yerdə ABŞ-ın kəşfiyyat orqanlarının fəaliyyət göstərməsi üçün zəmin yaradıb. “Azərbaycanı “söyən” media orqanına 1 ildə 19 milyon dollar pul verildi...” adlı məqalədə isə göstərilir ki, USAID Gürcüstanda rəngli inqilab törətmək üçün 47 milyon dollar ayırıb. Ancaq gürcü xalqı buna imkan vermədi. USAID-in maliyyələşdirdiyi media orqanları Azərbaycana qarşı təbliğat, qaralama kampaniyası aparırlar. Görəndə ki, Azərbaycana birbaşa təsir edə bilmirlər, bu kimi qaranlıq vasitələrə əl atırlar. Ekspert hesab edir ki, “araşdırmalar nəticəsində ortaya hələ çox şeylər çıxacaq”.

Mətbuat yazır ki, USAID-in caynağı Kubaya da uzanıb. Belə ki, “Associated Press”in araşdırmasının nəticələrinə görə 2010-cu ildə Kubada yaradılan “Twitter”ə bənzər “ZunZuneo” adlı sosial şəbəkənin məqsədi ölkədə kütləvi iğtişaşlar və inqilab törətmək olub. USAID-in birbaşa maliyyə dəstəyi və nəzarəti altında gerçəkləşdirilən layihədə sosial şəbəkənin əvvəlcə idman, əyləncə, təbiət hadisələri kimi xəbərləri yaymaqla istifadəçilərinin sayını artırması nəzərdə tutulubmuş. Bu müddətdə istifadəçilərin yaş, cins, yaşayış yeri kimi şəxsi məlumatları toplanaraq təhlil edilib. Sosial şəbəkənin fəal istifadəçilərinin sayının yüzminlərlə üzvü əhatə etməsindən sonra isə şəbəkədə siyasi yönlü, əhalini kütləvi etirazlara sövq edən informasiyaların yerləşdirilməsi planlaşdırılırmış. Lakin nədənsə, 40 mindən artıq üzvü olan sosial şəbəkə 2012-ci ildə xəbərdarlıq edilmədən bağlanılıb. Təxminən iki il sonra isə layihənin arxasında dayanan gizli məqsədlər üzə çıxıb.

Başqa bir ekspert isə yazır ki, bu iyrənc və məkrli qurum Əfqanıstanda da çirkin əməlləri ilə “tarix” yazıb. Həmin”tarix”in əsas nəticəsi isə Əfqanıstanın əbədi terrorçuluq məkanına çevrilməsi olub. Sonra isə təşkilat yeni planlar üzərində işləməyə başlayıb. Yeni planların nəticəsi isə Ukraynada – göz qabağındadır. Ekspertin fikrincə, Ukraynanın indiki günlərini görəndə USAID-in “harada qan var, orada biz varıq” strategiyası yada düşür.

Bu rəzil qurum adıçəkilən ölkələrin qeyd etdiyimiz vəziyyətə salınmasına nail olubsa, gör indi Afrika xalqlarına hansı sitəmləri edib. Həm kasıblıqdan, həm də müstəmləkə statusundan əzab çəkən afrikalıların USAID-in “sosial ədalət naminə” göstərdiyi yardımlara nə qədər ehtiyacı olduğunu biməyən var ki? Elə ərəb ölkələrindəki “rəngli inqilab”ların körüklənməsində də USAID-in “xidmətləri” az olmamışdır.

Bütün bunlar cənab Trampın məlum addımlarından sonra ifşa olunan faktlardır. Ən pisi isə odur ki, USAID bu rəzalətlərin hamısını “sosial ədalət” afişası altında həyata keçirib. Bundan sonra dünyada “sosial ədalət” tezisinə inanan qalacaqmı? Mən biləni – yox! Çünki USAID ABŞ-ın adına ləkə olduğu kimi, “sosial ədalət” prinsipinə də qənim kəsilib.

Hər halda, dünya xalqlarının gümanı suların daha çox durulmasına qalıb. Allah böyükdür!

İttifaq MİRZƏBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri