Icma.az
close
up
RU
Liberal, sosial ədalət müdafiəçisi, miqrantların himayədarı...

Liberal, sosial ədalət müdafiəçisi, miqrantların himayədarı...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kilsədən kilsəyə - Çikaqodan Vatikana gələn yol

Papa XIV Leo : kim, necə, harada...

Dünyanın siyasi, ideoloji mərkəzlərindən biri və bəlkə də birincisi sayılan Vatikanda yeni dönəm başladı. Papa Fransiskin ölümündən sonra tarixdə ilk dəfə olaraq amerika əsilli bir şəxs - Robert Francis Prevost Papa seçildi. Papa XIV Leo adını daşıyan yeni liderin seçilməsi və siyasi proseslərdəki iştirakı Katolik Kilsəsinin və dünya siyasətinin müxtəlif sahələrində əhəmiyyətli təsirə malikdir.

ABŞ əsilli Peru vətəndaşı...

Yeni Roma Papasını bir az daha yaxından tanıyaq: Robert Francis Prevost 1955-ci ildə Çikaqoda anadan olub. O, Avqustinian ordeninin üzvü olaraq 1982-ci ildə keşiş təyin edilib və uzun illər Peruda işləyib. 2015-ci ildə Peru vətəndaşlığını qəbul edib. 2023-cü ildə Papa Fransisk tərəfindən Kardinal təyin edilib. 2025-ci ildə isə Papa Leo XIV olaraq Vatikanın və bütün katoliklərin lideri seçilib.

Qərb mənbələrinə əsaslansaq, Papa XIV Leo siyasi məsələlərdə açıq və prinsipial mövqeləri ilə tanınır. Məsələn, onun sülh və ədalət prizmasına baxışı birmənalıdır. Fakt kimi isə, ilk çıxışındaca Ukrayna və Qəzzadakı müharibələri açıq kontekstdə qınaması və “silahsız bir sülh” çağırışı etmsidir.

Avropanın ən “yaralı” problemlərindən olan miqrant hüquqları məsələsində də yeni Papanın mövqeyi aydın şəkildə ifadə olunur. O, miqrantların hüquqlarını müdafiə edir. Hətta ABŞ-ın sərt immiqrasiya siyasətini tənqid hədəfinə çevirir.

Yeni papanın media azadlığı məsələsindəki “tutumu” da qəbulediləndir -XIV Leo media azadlığını dəstəkləyir və jurnalistlərin obyektivliyini hər zaman önə çəkir.

O ki qaldı, Vatikanın illərdir ki, apardığı “sosial ədalət” şüarına, yeni Papa bu məsələdə də fəaldır - əməkçilərin hüquqları və sosial ədalət məsələlərində açıq mövqe tutur.

Papa XIV Leo Avqustinian ordenindən olan ilk papadır. Onun teoloji yanaşması, universal sevgi və xidmət prinsiplərinə əsaslanır. Bu, onu daha mülayim və dialoqa açıq bir lider kimi tanıdır.

Konservativlər müdafiə edir...

Yeni Papa ilə bağlı ən diqqətçəkən məqam onun amerikalı əsilli olmasıdır. İlk Latın Amerikalı və “ilk Cizvit papası” adlanan Fransiskin ardından Vatikanda yenə də “Yeni dünya” nümayəndəsi “taxta” oturdu.  Papa XIV Leonun Papa seçilməsi hətta ABŞ sərhədləri daxilində birmənalı qarşılanmır. Məsələn, onun keçmişdə Tramp əleyhinə paylaşımlarının olduğu bildirilir və bu da müzakirələrə səbəb olur. Lakin konservativ siyasətçilər və dindarlar yeni Papanı müdafiə edirlər. Hətta onu aparılan bir sıra müqayisələrdə daha inklüziv və mərhəmətli birisi kimi xarakterizə edirlər. 

Leoların xələfi və sələfi...

Rəsmi taxt-tac mərasimi 18 may 2025-ci ildə Romada keçiriləcək Papa XIV Leonun niyə özünə məhz “Leo” adı seçiməsi ilə bağlı teoriyalar da irəli sürülür. İlkin rəy kimi, onun Papa XIII Leo-nun sosial ədalət və əmək hüquqları sahəsindəki irsini davam etdirməyi planlaşdırması önə çəkilir. Qısaca indiyə qədər tarixdə “Leo” adı götürmüş Papalara baxsaq:

- Papa I Leo (440-461) kilsənin dini əsaslarını qorumağı, xüsusilə də İsa Məsihin təbiəti məsələsində (Chalcedon Şurasında) iki təbiət - insan və ilahi - doktrinasını müdafiə etməsi ilə tanınır. O, tarixə Attila ilə görüşü ilə düşüb - onu “Vatikanın və Romanın xilaskarı” adlandırırlar;

- Papa II Leo (682-683) dövründə isə Roma ilə Bizans arasındakı teoloji mübahisələrdə birincilərin təsiri və hegemoniyası artmağa başladı;

-  Papa III Leo (795-816) Qərbdə kilsənin siyasi legitimlik mənbəyi rolunu yaratdı;

- Papa IV Leo (847-855) tarixdə “Romanın təhlükəsizliyini təmin edən” şəxs kimi qalıb;

- Papa V Leo 903-cü ildə qısa müddət (bir neçə ay) taxtda oturub. İlk dəfə çevrilişlə taxtdan endirilən Papa kimi yaddaşlarda qalıb;

- Papa IV Leo (928) isə “Saxta papalar dövrü”nun (Saeculum obscurum) parlaq nümayəndələrindən sayılır;

- Papa VII Leo (936-939) monastr islahatçısı kimi tarixdə iz qoyub;

- Papa VIII Leo (963-965) isə ikihakimiyyətliklə tarixə düşüb - bu dövrdə iki fərqli papa eyni vaxtda legitim olduqlarını iddia edirdilər. Bu səbəbdən Leo VIII bəzən “antipapa” kimi də xatırlanır;

- Papa IX Leo (1049-1054) kilsədəki rüşvət, simoniya və keşişlərin evliliyinə qarşı çıxış etməsi ilə məşhurdur. Onun iştirakı ilə tarixi ayrılıq (Bizans və Roma) baş verib. Ayrılıq bu günə qədər davam edir;

- Papa X Leo (1513-1521) Martin Lüterin etirazına səbəb olan “bağışlanma vərəqələri”nin satışını təşviq edirdi - Yadda qalan ifadəsi: “Tanrı bizə Papalığı verdi, qoy kef çəkək.;

- Papa XI Leo 1605-ci ildə 27 gün Papa olub;

- Papa XII Leo (1823-1829) liberalizmin ən qatı tənqidçilərindən sayılır. O, “Quranın və yəhudi təbabətinin qadağan olunması” kimi qərarları ilə yadda qaldı;

- Papa XIII Leo (1878-1903) müasir dövrün intellektual papası adlandırılır. Əsas fəaliyyəti işçi hüquqlarının qorunması, kapitalizmin tənzimlənməsi və sosial ədalət haqqında doktrina idi...

Amerikalı Papadan kim nə gözləyir...

Hazırki çətin siyasi-ideoloji durumda Papa XIV Leonun hansı motivlər üzrə işlər aparacağını öncədən proqnozlaşdırmaq çətindir. Təbii kti, bütün digər papalar kimi tarixdə özünəməxsus iz qoyacaq və özünün konsepsiyasını yaradacaq Papa XIV Leo qlobalizmdən bir neçə qütblü (ən azı iki) dünyaya keçid dövründə atacağı addımları ilə maraqla izlənəcək. Bir sıra siyasi ekspertlər də yeni Papanın amerikalı olmasını Vatikanın tarixində çox önəmli dönüş nöqtəsi sayırlar - onların fikrincə, bu faktın özü belə geosiyasi baxımdan müəyyən mesajlar verir. Bu kontekstdə onunla bağlı əsas gözləntilər və mümkün eyhamlar ifadə olunur. Məsələn, ABŞ-a ideoloji yaxınlıq və Qərb dəyərlərinin təşviqi məsələsində Papanın daha liberal xətt yürüdəcəyinə inam var. Başqa sözlə, yeni Papanın Amerika əsilli olması, onun Qərb dəyərlərinə - liberal demokratiya, insan hüquqları və azadlıqlarına daha yaxın bir təbliğat yürüdə biləcəyi ehtimalını artırır. Siyasi texnoloqlar bu situasiyanın Rusiya, Çin və İslam dünyası ilə Vatikanın münasibətlərində yeni nüanslar yaratma ehtimalını da irəli sürür.

Eyni zamanda, “amerikalı Papa” amilinin ABŞ-ın strateji maraqlarına dolayı dəstək də adlandıranlar tapılır. Çünki tarixin bütün dönəmlərində Vatikan taxtının sahibləri ənənəvi şəkildə Avropa maraqlarının qoruyucusu kimi tanınıb. Hətta siyasi ritorika belə Qərb blokunun siyasi ritorikasına uyğun gəlib. Bu dəfə isə, amerikalı Papanın Ukrayna müharibəsi, Tayvan böhranı, Yaxın Şərqdəki proseslər kimi məsələlərdə daha açıq və ABŞ yönümlü yanaşmalar sərgiləyəcəyini iddia edənlər olur.

Eyni zamanda, son illərdə Xristian dünyasında artan Amerika kilsəsinin təsiri yeni Papanın genetik mənsubiyyəti nəticəsində daha da mərkəzləşdirilmiş gücə çevrilə bilər. Düzdür, ABŞ ictimaiyyətinin Papa XIV Leo ilə bağlı açıq fikirlərinə rast gəlinməsə də, bəzi nüansdlar da diqqətdən yayınmır - məsələn, ABŞ mediası, xüsusilə “New York Times” və “Washington Post” onun seçilməsini “ümidverici dönüş” kimi qiymətləndirib.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see273

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see228

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see227

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see220

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see209

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see202

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see192

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see188

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see187

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see186

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see181

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see173

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see172

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see171

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see168

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see159

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see151

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see141

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see140

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri