Icma.az
close
up
RU
Afrikadan qovulan fransızlar SSRİyə oxşamağa başlayan Fransa TƏHLİL

Afrikadan qovulan fransızlar SSRİyə oxşamağa başlayan Fransa TƏHLİL

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Fransa Afrikadan qovulur. Bu, qərəz deyil, reallıqdır. Fransa müstəmləkəçilərinin qalıqları qitədən çıxarılır. Rəsmi Parislə imzalanmış müqavilələr yenilənmir, müddəti uzadılmır.

Çadla Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair müqavilə 2024-cü ilin iyulunda əldə edilən razılaşmaya əsasən, pozulub. Bununla da fransız ordusu ölkəni tərk etməyə başlayır. Artıq Fransa rəsmi şəkildə Abeşe şəhərindəki hərbi bazasına nəzarəti Çadın Milli Ordusuna təhvil verib. Bununla da 60 ildən sonra Fransa ordusu bu ölkəni tərk edib.

Ordusunun keçmiş müstəmləkə ölkələrindən çıxması həmin dövlətin maraqlarının təmin olunmasına mənfi təsir göstərir.

İkinci Dünya Müharibəsindən sonra dünyada müstəmləkələrin çöküşü sürətlənməyə başlayıb. Yeni müstəqil ölkələr yaranıb. Ötən əsrin 60-cı illərindən Fransa müstəmləkə siyasətini dəyişməyə məcbur edilib. O, yeni ölkələrlə ikitərəfli müqavilələr bağlayaraq yerli bazarda müəyyən imtiyazlar əldə edə bilmişdi. Həmin ölkələrdə fransayönümlü avtoritar liderlər dövlət başçısı olub. Rəsmi Paris bu liderləri ələ alaraq ölkələrin faydalı qazıntılarını ələ keçirib. Bu istiqamətdə keçmiş “Elf”, indiki “Total” şirkəti fəal olub.

2012-ci ildə Fransanın ovaxtkı Prezidenti Fransua Olland Fransa Afirkasının sona çatdığını bildirsə də, Yelisey sarayı bir il sonra Mali və Mərkəzi Afrika Respublikasına hərbi müdaxilə edib.

Konqo, Seneqal, Burkina Faso, Qabon, Kot-d'İvuarın diktator dövlət başçıları Fransa prezidentlərinə hörmət bəslədikləri barədə KİV-ə məlumatlar sızdırmağa başladılar.

Ancaq 2020-ci ildən sonra bir sıra Afrika ölkələrində Fransa əleyhinə etiraz aksiyaları keçirilib. Onlar fransız ordusunun çıxarılmasını tələb ediblər. Hətta bəzi ölkələrdə Rusiya bayraqları belə görünüb. Bunların nəticəsində Fransa hərbçilərini Malidən çıxarıb.

Prezident Emmanuel Makron keçmiş müstəmləkələrdə Fransanın təsirinin zəifləməsi ilə əlaqədar Rusiyanın Afrika ölkələrindəki təsirini “yırtıcı” kimi xarakterizə etmişdi.

2023-cü ilin yayında ovaxtkı xarici işlər naziri Ketrin Kolonna Fransanın Afrikadakı xarici siyasətini Senata təqdim edərkən qitədə "anti-Fransa ritorikasına" baxmayaraq, onlar regionda "aktual tərəfdaş" kimi qalmaq istədiklərini bildirib.

Ötən dövrdə Yelisey sarayı Fransa qoşunlarını Mali, Niger, Burkina Faso və Mərkəzi Afrika Respublikasından geri çəkib.

Fransa Afrikada müstəmləkəçiliyindən əl çəksə də, 1956-cı ildən qitədə müxtəlif bəhanələrlə müharibə aparıb - Qərbi Saxara, Kamerun, Tunis, Qabon, Çad, Zair, Ruanda, Somali, Cibuti, Konqo, Mərkəzi Afrika Respublikası, Serra-Leon, Liviya, Mali. Bu ölkələr rəsmi Parisin cinayətlərinə şahiddir.

Fransa ötən əsrin ortalarında apardığı müharibələrin hamısında məğlub olub.

Dünyaya hökm edənlərdən olmuş Fransa artıq qlobal miqyasda çöküşünü yaşayır.

Bunun üçün çoxsaylı faktlar və hadisələr sadalamaq olar. Elə ötən gün Fransanın 94 senatoru məktub yazaraq Prezident Emmanuel Makronun Afrika siyasətinin iflasa uğradığını bildiriblər. Onlar Afrikanın Fransa ilə əlaqələrdən imtina etdiyini və bütün bəlalara görə məsuliyyəti fransalı “böyük şeytan”ın daşıdğını vurğulayıblar. Senatorlar qeyd ediblər ki, Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso, indi isə Niger Fransadan, onun şirkətləri və ordusundan imtina edir, ölkələrdə anti-Fransa nümayişləri keçirilir.

Senatorlar Makrondan Moskva və Pekinin nüfuzunun Afrikada yüksəlməsinə Parisin imkan verməsinin səbəbini soruşublar: “Dünənki Franko-Afrikanı Russo-Afrika hərbçiləri, Çin-Afrika iqtisadiyyatı və ABŞ-Afrika diplomatiyası əvəzləyəcək”.

Onlar frankofoniyanın ingilis dili ilə müqayisədə tənəzzülünün məyusediciliyini qeyd ediblər. Senatorlar, həmçinin anti-Fransa nümayişlərinin Parisə dost sayılan Kot-d'İvuarda, yaxud Seneqalda keçirildiyini də vurğulayıblar.

Fransanın Əlcəzairdə törətdikləri tarixin ən böyük üzqaralarındandır. Bu ölkədə fransız dili artıq ingiliscə ilə əvəz edilir. Senatorlar ölkənin Prezidenti Əbdülməcid Tebbunun Parisə rəsmi səfərini daim təxirə salmasında da “böyük şeytanı” ittiham edir, əlcəzairlilərin bütün məzlumiyyətlərinə görə məsuliyyəti onun daşıdığını vurğulayıblar. Mərakeşin Fransadan uzaqlaşdığı və özünə yeni tərəfkeş axtardığı məsələsi də qeyd edilib.

Emmanuel Makronun Fransanın Afrikadan çıxarılması barədə açıqlaması gülünc görünür. Bəlkə də tələ pişiyin məlum məsələsini xatırladır. O deyib ki, qitəni qiyamçılara yardım etməmək üçün tərk edirlər. Prezident iddia edib ki, antiterror əməliyyatları keçirməkdə Afrika dövlətlərinə kömək edib. Makronun qənaətincə, Fransa Afrikadan geri çəkilmir, qayıtmaq üçün yenidən toparlanır: “Biz Afrika dövlətlərinin başçılarına mövcudluğumuzu yenidən təşkil etməyi təklif etdik”.

Ancaq qitənin dövlət başçıları Fransanın təkliflərini qəbul etməyib. Bununla da həmin ölkələr fransızların neokolonialist siyasətinə qarşı çıxıblar.

Çox təəccüblüdür, beş əsr qitəni talayan Fransanın indiki Prezidenti 2013-cü ildən sonra ölkəsinin Afrika dövlətlərinə etdiklərinə görə təşəkkür də umurmuş.

Milli Birlik Partiyasının lideri Marin Le Pen hələ ötən il rəsmi Parisin Afrika siyasətini tənqid edərək “France Inter” radiosunun efirində bildirmişdi ki, “alçaldıcı şərtlərlə” Fransa Nigerdən çıxır: “Bu, Makrounun qərarı deyildi. Nə qədər məyusedici təsir bağışlasa da, bizi Afrikadan qovdular”.

Çad da bu addımı atmaqla ölkədə Fransa erasının bitdiyini nümayiş etdirib.

Yelisey sarayı Afrikada ABŞ, Böyük Britaniya və Çinlə rəqabətə davam gətirə bilmir. İllər öncə fransızların bu qitədə törətdikləri cinayətlər, soyqırımılar Fransaya qarşı çıxışların əsasını təşkil edir. Çünki zaman və texnologiya dəyişsə də, rəsmi Parisin imperialist və neokolonialist iddiası dəyişmir. Bir zamanlar dünyaya hökm edənlərdən olsa da, Afrikadakı hadisələr Fransanın böyüklüyünün sona çatdığını isbatlayır.

Çaddan və qitənin başqa ölkələrindən çıxarılması perspektivdə onun dünyanın başqa ərazilərindən, xüsusilə dənizarxası ölkələrdən də çıxmasına təkan verə bilər.

20-ci yüzillik müstəmləkələrin çöküşü dövrü olub. Fransa Afrikaya qul bazarı kimi baxıb, oranın yeraltı-yerüstü sərvətlərini talan edib. Sonrakı dövrlərdə “antiterror” ”humanist”, “qüdrətli”, “demokrat” və başqa maskalarla bölgədə qalmaq cəhdləri fayda vermir. Bu, həm də zamanın hökmüdür. Zaman Fransanın Afrika səyahətinin, sərgüzəştlərinin, istilasının, təcavüz və işğalının bitdiyini tələb edir.

Parisin əvvəlki kimi olmaq gücü qalmayıb. Ölkələri, xalqları əldə saxlamaq üçün böyük maliyyə vəsaiti xərcləmək zərurəti yaranıb. Əvvəllər Afrika ölkələrindən əldə edilən vəsaitin müəyyən hissəsini onlara sərf etməklə məkrli siyasəti həyata keçirmək mümkün idi. İndi isə fərqli iqtisadi, siyasi vəziyyət yaranıb. Yəni Fransanın bu əraziləri saxlamaq üçün pulu yoxdur.

2008-ci ildə artıq Fransa prezidenti postunu tərk etmiş Jak Şirak bildirmişdi: “Biz bir şeyi unuduruq. Cüzdanımızdakı əskinasların əhəmiyyətli bir hissəsi Afrikanı əsrlərboyu istismar etdiyimiz üçün orada bitdi. Ona görə də onlardan götürdüklərimizə qərar vermək üçün bizə bir az sağlam düşüncə, bir az ədalət lazımdır”.

Fransa keçmiş sovet, kommunist müstəmləkəsinin taleyini yaşayır. Onun iqtisadiyyatı çökdüyündən, dünyaya ağalıq hikkəsindən əl çəkmədiyindən müttəfiqləri ondan imtina etdi.

SSRİ də zəbt etdiyi ölkələrdə çoxsaylı cinayətlər törədib. Ona görə də zəifləmiş bu müstəmləkədən bütün müttəfiqləri mərkəzdən qaçmanı çox sürətlə reallaşdırdı. Azadlıq uğrunda mübarizənin gedişatı, hədəfi bir-birinə oxşadığından müstəmləkələrin taleyi bənzərdir. Fransa da Afrikadan qovulmaqla keçmiş kommunist müstəmləkəsinə çox oxşayır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Yanvar 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri