Icma.az
close
up
RU
Fransa Afrikadan itirəitirə gedir... Makron dönəmində Fransa daxili və xarici siyasətdə sadəcə uduzur

Fransa Afrikadan itirəitirə gedir... Makron dönəmində Fransa daxili və xarici siyasətdə sadəcə uduzur

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Fransanın Qərbi Afrikadakı hərbi mövcudluğunun azaldılması Paris və region ölkələri arasında münasibətlərin transformasiyasını vurğulayır. Fil Dişi Sahili Fransa qoşunlarının ölkədən çıxarılmasını tələb edən sonuncu Afrika ölkəsi olub. Son illərdə Çad, Niger və Burkina Faso kimi Qərbi Afrika ölkələri də fransız əsgərlərinin ölkəni tərk etmələrini xahiş ediblər. Ekspertlərin fikrincə, bu tələblər Paris və region ölkələri arasında münasibətlərə təsir edən daha geniş struktur dəyişikliyinin bir hissəsidir. Fransa müstəmləkəçiliyin sona çatmasından bəri qoşunlarının olduğu Afrika ölkələrinin 70%-dən çoxundan qovulub. Fransızların Cibutidə cəmi 1500, Qabonda isə 350 əsgəri ilə məhdud sayda hərbi qüvvəsi var. 2020-ci ildə Malidə Assimi Qoitanın başçılıq etdiyi hərbi çevrilişdən sonra Fransanın 2013-cü ildən bu ölkədə həyata keçirdiyi hərbi əməliyyatlar müzakirə olunmağa başlayıb. 2022-ci ilin fevralında Mali hökuməti təxminən 5000 fransız əsgərinin Barkhane əməliyyatından dərhal çıxmasını tələb etdi və may ayında Fransa ilə müdafiə sahəsində əməkdaşlığı dayandırdı. Bu hadisələrdən sonra Fransa Malidəki Gao hərbi bazasını bağlamaq məcburiyyətində qaldı. 2022-ci ilin sentyabrında baş verən hərbi çevrilişdən sonra İbrahim Traorenin rəhbərlik etdiyi administrasiya 2023-cü ilin yanvarında Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv etdi və Fransanın Vaqaduqu səfiri Luc Hallade-ni ölkədən çıxardı. Burkina Fasonun tələbi ilə 2023-cü ilin fevralında Saber əməliyyatı çərçivəsində 400 fransız əsgəri ölkəni tərk edib. Fransa Sahel bölgəsindəki nüfuzunu itirmək istəməyib və Mali və Burkina Fasodan ayrıldıqdan sonra qoşunlarını yenidən Nigerə yerləşdirib. Lakin Nigerdəki çevriliş Fransanın bölgədəki uzunmüddətli planlarını alt-üst etdi. 2023-cü ilin iyulunda Nigeriya prezidenti Məhəmməd Bazumun devrilməsindən sonra Fransa hökuməti də Nigerdən geri çəkilmək məcburiyyətində qaldı. Bundan dərhal sonra, 2023-cü ilin avqustunda Niger hərbi administrasiyası Fransa ilə hərbi əməkdaşlığı dayandırdı və Fransanın Niameydəki səfiri Silvain İtteni “persona non qrata” elan etdi. Səfir İttenin ölkədə qalmaq cəhdlərinə baxmayaraq, Fransa 2023-cü ilin dekabrında Niameydəki səfirliyini bağladı və 10 ildir bölgədə olan 1500 əsgərini geri çəkdi.

Göründüyü kimi, Fransa itirə-itirə "gedir"... Bəs bu vəziyyət Makronun ölkədəki hakimiyyətinin zəifləməsinə və Fransanın Afrikadakı müstəmləkəçilik siyasətinin çökməsinə səbəb ola bilərmi?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransada Makron hakimiyyəti son bir ildə ciddi şəkildə zəifləyib.

Oqtay Qasımov

“Bunun əsas səbəbi də odur ki, ölkədə sosial və iqtisadi məsələlərlə bağlı uğursuzluqlar var. Bununla yanaşı xarici siyasətdə də kifayət qədər problemlər var. Makronun dövründə Fransa Afrikada keçmiş müstəmləkələrindən hərbi birləşmələrini çıxarmaq məcburiyyətində qalıb və bölgədə təsir imkanları ciddi şəkildə zəifləyib. Keçən ilin yayında keçirilən seçkilərdə Makronu dəstəkləyən qüvvələr ciddi şəkildə uğursuzluğa məruz qaldılar və seçkiləri uduzdular. Hazırda yenə də hökümət böhranı davam etməkdədir”-deyən politoloq, bütün baş verənlərin bu il Makronun istefası ilə nəticələncəyini düşünmür.

Oqtay Qasımovun fikrincə, Fransadakı mövcud müxalifət növbədənkənar seçkilər keçirilməsinə nail ola bilərsə, o zaman fərqli bir siyasi mənzərənin şahidi ola bilərik.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri