Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Afrikanı itirmiş Makron təskinliyi Livanda axtarır

Afrikanı itirmiş Makron təskinliyi Livanda axtarır

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-ci ildə olduğu kimi, bu il də Fransa prezidenti Emmanuel Makron diqqəti ölkə daxilindən çox, xarici məsələlərə yönəltməyi planlaşdırır. O, hər açıqlaması, müsahibəsi ilə həm özünə, həm də ölkəsinə problem ardınca problem gətirməkdədir.

İlin əvvəlində onun səfirlərlə toplantıda səsləndirdiyi qalmaqallı fikirlər hələ də gündəmdədir. Həmin görüşdə Makron keçmiş müstəmləkələri ilə bağlı aşağılayıcı fikirlər səsləndirib. Düşünüb ki, Afrika ölkələri onun fikirlərinə reaksiya verməyəcək.

Görünən odur ki, yüz ildən artıq müddətdə Əlcəzair, Tunis, Seneqal və digər Afrika ölkələrində milyonlarla insanın qanını tökən, assimilyasiya siyasəti yürüdən, insanların mədəniyyətini və dəyərlərini məhv etməyə çalışan Fransa, daha dəqiq ifadə etsək, onun lideri indi afrikalıları aşağılamağa çalışır.

Makronun sözləri belə olub: "Ölkələrin ərazilərində yerləşdirilmiş qoşunlarımızın çıxarılmasını tələb etməsinə baxmayaraq, Fransa Afrikada uğursuzluğa düçar olmur".

Prezident, həmçinin əlavə edib: "Düşünürəm ki, bizə təşəkkür etməyi unutdular. Eybi yox, bu, zamanla gələcək. Mən yaxşı bilirəm ki, naşükürlük insanlar üçün yoluxucu olmayan xəstəlikdir".

Makronun bu şantaj, hədə dolu sözləri gözlənildiyi kimi, keçmiş müstəmləkə dövlətlərində narazılıq doğurub. Onun açıqlamaları Afrikada, xüsusilə Çad və Seneqalda güclü reaksiyaya səbəb olub.

Makronun aşağılayıcı bəyanatına Burkina-Faso da cavab verib.

"Fransa heç vaxt müstəmləkə xalqlarına qarşı ədalətli davranmır. Fransa hökuməti müstəmləkəçi dövlətdir. Onlar bizim ərazilərdə yaşayan xalqların irsini silməyə çalışır. Bu siyasətdən qurtulmağın və mineral ehtiyatlarımıza qovuşmağın yeganə yolu mübarizədir. Biz düşünürük ki, Fransa ilə olan əlaqələr sonlandırılmalı, əsas ittifaq Afrika xalqları arasında qurulmalıdır. Digər tərəfdən, bizimlə ticari əlaqələr qurmaq istəyən ölkələrlə münasibətlər bizə çox vacibdir", - deyə ölkənin müvəqqəti prezidenti İbrahim Traore bildirib.

"Makron bütün afrikalıları təhqir etdi", - deyən Traore daha sonra əlavə edib: "Bu adam Afrikanı, afrikalıları belə görür. Onun gözündə biz insan deyilik".

Məsələ ondadır ki, məhz Makronun prezidentliyi dövründə Parislə Afrika ölkələri arasında münasibətlər pisləşib. Burkina-Faso və Niger 2023-cü ildə fransız qoşunlarının çıxarılmasına nail olublar. Çad və Seneqal da tədbirlər görüb. Rəsmi Ncamena fransız qoşunlarının yanvarın sonuna qədər ölkəni tərk etməsini tələb edib, Dakar isə Fransanın bazalarının bağlanmasını və xarici hərbi mövcudluğun dayandırılmasını tələb edib.

Afrikanı faktiki olaraq Fransa üçün itirilmiş bölgə hesab etmək olar və deyəsən, Makron da bununla barışır. Analoji uğursuzluğu Yaxın Şərqdə, daha dəqiq desək, Livanda gözləmək olar.

Görünür, bu səbəbdən də Makron cümə günü Livana səfər etmək qərarı verib. Burada onun ölkənin yeni prezidenti Cozef Aun ilə danışıqlar aparacağı planlaşdırılır. Makron Aun seçildikdən sonra ona zəng edib, sosial şəbəkələrdə təbrik, əbədi dostluq və dəstək vəd edib.

Məlumat üçün bildirək ki, Livanı Fransaya çoxillik acı işğal tarixi bağlayır. 1920-ci ildən Livan Fransanın mandatı altındakı ərazi olub. 1946-cı ildə Fransa hərbi qüvvələrinin Livanın ərazisindən tamamilə çıxarılması başa çatıb. Ehtimal etmək olar ki, təxminən 30 il Livanı idarə edən Fransa burada yenidən öz "protektorat"ını qurmağa çalışacaq.

Böhran, daxili münaqişələr və problemlər yığını ilə parçalanmış Livan Emmanuel Makron üçün haradasa nəzarəti öz əlində saxlamaq baxımından son şansdır. Ölkəyə investisiyalar, genişmiqyaslı yardım və bərpa proqramları lazımdır. Şübhə yoxdur ki, Makron fransız izlərinin haradasa qalması üçün oraya mümkün qədər çox güc və vəsait yatırmağa çalışacaq.

Hələlik Afrika və Yaxın Şərqdə fransızları yalnız "necə qaçdıqlarına" görə xatırlayırlar. Makron buna qədər Livana yardım təşəbbüsləri ilə çıxış etsə də, bunlar nəticəsiz qalıb. Söhbət Fransa prezidentinin Livana, İsrailin hücumunun qurbanlarına, köçkünlərə və onların sığınacaqda qalan vətəndaşlarına 100 milyon avro yardım kampaniyasından gedir.

Beləliklə, Afrikadakı uğursuzluq və ardınca Parisin Livandakı mövqelərini itirməsi Fransanın mövqelərinə ciddi zərbə deməkdir. Afrikadakı itkilərdən sonra isə Livanda uğursuzluq Fransanın geosiyasi mövqelərinə çox ağrılı zərbə olacaq.

"Report" İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri