Afrikanın nəhəngi Ethiopian Airlines Rusiyaya təyyarə lizinqinə yox dedi
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın ticarət komisarı Yaroslav Tavarsyukun Efiopiyaya səfərindən sonra təyyarə lizinqi məsələsi gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, bu səfərdən sonra Rusiya mediası Efiopiyadan “yaş lizinq”lə təyyarə alınacağı barədə xəbərləri tirajlayıb. Mexanizm belədir: Efiopiya şirkəti (Ethiopian Airlines) öz təyyarələri və uçuş heyəti ilə birgə Rusiyada xidmət aparır. Rusiya isə öz növbəsində təyyarə və detal qıtlığı problemindən xilas olur.
Bu gün isə “Ethiopian Airlines” lizinq barədə danışılanları qətiyyətlə təkzib edib. Şirkət bildirib özünün əlavə laynerlərə ehtiyacı olduğundan başqa ölkələrə təyyarə kirayə verə bilməz.
Əslində isə Afrikanın ən böyük hava yolları şirkəti Avropa və ABŞ-nin sanksiyaları altına düşməmək üçün Rusiya ilə məsafəli davranır. Bu şirkətin xidmətindən istifadə etmiş biri kimi deyə bilərəm ki, Efiopiya aviadaşıma işini çox yüksək səviyyədə qurub.
Afrika əhalisinin böyük əksəriyyətini Avropaya, Amerikaya və Yaxın Şərqə məhz “Ethiopian Airlines” daşıyır. Şirkətin parkının əsasını müasir, geniş füzelyajlı təyyarələr təşkil edir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 10 Avqust 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















