Icma.az
close
up
RU
AFWin 17ci mövsümünün möhtəşəm finalı: Rus modelyeri AnchorÇapurinin eksklüziv kolleksiya nümayişi FOTO

AFWin 17ci mövsümünün möhtəşəm finalı: Rus modelyeri AnchorÇapurinin eksklüziv kolleksiya nümayişi FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Bakı - nəcib insanların və heyranedici mədəniyyətin məkanıdır," - İqor Çapurin.

10 dekabr Azerbaijan Fashion Week-in 17-ci mövsümü çərçivəsində məşhur rusiyalı dizayner, Rusiya Federasiyasının Əməkdar Rəssamı İqor Çapurinin eksklüziv kolleksiya nümayişi keçirildi. Bu tədbir hər il Bakının mərkəzində moda sənayesinin aparıcı nümayəndələrini, dizaynerləri, jurnalistləri və moda həvəskarlarını bir araya gətirən Azerbaijan Fashion Week-in finalı oldu.

İqor Çapurin çıxışı zamanı Azərbaycanı zəngin mədəniyyət, milli irs və müasir tendensiyaları birləşdirən unikal ölkə kimi xarakterizə etdi.

"Bakı - nəcib insanların və zəngin mədəniyyətin məkanıdır. Azərbaycanda hər kəs özünü rahat hiss edir, çünki bu ölkə müxtəlif mədəniyyətlərin və ənənələrin ahəngdar birləşdiyi unikal bir yerdir," - deyə dizayner qeyd edib.

İqor Çapurinin Bakı tamaşaçılarına təqdim etdiyi kolleksiya onun yaradıcı üslubuna xas olan incə zərifliyin təcəssümünü əks etdirdi. Dizayner minimalistik siluetlərə, zərif xətlərə və yüksək keyfiyyətli materiallara - ipək və məxmərə xüsusi diqqət yetirmişdi. Onun əsərləri klassik dəbdəbə ilə müasir moda meyllərinin vəhdətini əks etdirdi.

Təqdim olunan kolleksiyanın rəng palitrası incə pastel çalarlardan tutmuş zəngin dərin tonlara qədər dəyişdi. Minimalizm elementləri mürəkkəb naxış və metal detallar kimi effektli vurğularla harmonik şəkildə uyğunlaşmışdı. Bu yanaşma ilə dizayner müasir, uğurlu, fərdiliyi və rahatlığı qiymətləndirən qadınlar və kişilər üçün geyim yaratdığını nümayiş etdirirdi.

"Moda sadəcə gözəl geyimlər deyil, həmçinin duyğular, ilham və obrazlar vasitəsilə çatdırılan hekayələrdir," - deyə İqor Çapurin öz çıxışında qeyd etdi.

Çapurin kolleksiyasının nümayişi Azerbaijan Fashion Week-in 17-ci mövsümünün təntənəli bağlanışının bir hissəsi oldu. Hər il olduğu kimi də bir həftə ərzində Azərbaycandan, Gürcüstandan, Rusiyadan, Qazaxıstandan, Cənubi Koreyadan və digər ölkələrdən dizaynerlər  ənənələrin, müasir trendlərin və modada ekoloji yanaşmanın vacibliyini kolleksiyaları vasitəsi ilə göstərdilər.

Tədbirə xüsusi dəstək göstərən beynəlxalq Hello! jurnalı gözəlliyə, uğura və mükəmməlliyə üstünlük verən insanlar üçün ilham simvolu olaraq çıxış etdi. 80 illik tarixi ilə tanınan nəşr mədəniyyət, moda və məşhurların həyatını təqdim edərək oxucuların qəlbini fəth etməyə davam edir.

Beləliklə, Azerbaijan Fashion Week-in 17-ci mövsümü ənənələri, müasir texnologiyaları və beynəlxalq dialoqu bir araya gətirərək möhtəşəm notla başa çatdı. Növbəti mövsümün də bir o qədər təsirli olacağı, modanın və mədəniyyətin yeni sərhədlərini kəşf etməyə davam edəcəyi gözlənilir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Dekabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri