Ağ Ev Azərbaycan və Ermənistan liderlərini gözləyir Görüş canlı yayımlanacaq (VİDEO, FOTOLAR) Yenilənir
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-da səfərdə olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gün Ağ evdə görüşləri olacaq.
Mia.az xəbər verir ki, İlham Əliyevin ABŞ prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 3.20 (PM) (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.
Yerli vaxtla saat 4.00 (PM)-də (Bakı vaxtı ilə 00.00) Donald Trampın iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.
ABŞ prezidenti ötən gün "Truth" hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.
Azərbaycan prezidentinin görüşlərini aşağıdakı linklərdən canlı izləmək olar:
***
Ağ Ev Azərbaycan və Ermənistan liderlərini gözləyir.
Mia.az Report-a istinadla xəbər verir ki, hər iki ölkənin bayraqları artıq Ağ Evin giriş qapısına gətirilib. Təhlükəsizlik tədbirləri gücləndirilib, qarovul düzülüb və hazır vəziyyətə gətirilib.
ABŞ Prezidenti Donald Tramp ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanı salamlayacaq və sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Bu, iki ölkə liderləri arasında uzun müddətdir gözlənilən bir görüşdür və regionda sülhün bərqərar olması üçün mühüm addım kimi qiymətləndirilir.
Tədbir Ağ Evdə yüksək səviyyəli təhlükəsizlik və rəsmi mərasimlə müşayiət olunacaq. Liderlərin görüşündən sonra daha geniş açıqlamaların verilməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 08 Avqust 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















