Ağ Ev Keti Zakariya ilə bağlı müəmmaya aydınlıq gətirdi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Ağ Ev cəmi 6 gün əvvəl mətbuat katibi vəzifəsinə təyin olunan Keti Zakariyanın yeni işə keçməsi səbəbindən postunu tərk etdiyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəsmisi “Fox News” telekanalına qadının mətbuat katibi postundakı fəaliyyətini mərhələli şəkildə yekunlaşdırdığını təsdiqləyib.
Qeyd edək ki, Zakariyanın bu vəzifəyə təyin olunması oktyabrın 9-da bəlli olmuşdu. O, bundan əvvəl amerikalı liderin “Truth Social” sosial şəbəkəsini idarə edən “Trump Media & Technology Group” şirkətində kommunikasiya üzrə müşavir vəzifəsini tuturdu. Zakariya ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar postunu tərk edən Kerolayn Levitti əvəzləmişdi.
Ancaq təyinatdan dərhal sonra böyük qalmaqal ortaya çıxıb. Zakariya vəzifəyə gəlməzdən əvvəl hüquq sahəsində çalışdığını iddia etmiş, Ağ Ev rəhbəri isə onu vəkil kimi təqdim etmişdi. Lakin sonradan məlum olub ki, yeni mətbuat katibinin heç bir vəkillik lisenziyası yoxdur, əksinə, o, lisenziya almaq üçün keçirilən imtahandan kəsilib.
Bundan əlavə, yerli KİV-in yazdığına görə, Zakariya illərdir sosial şəbəkələrdə konspiroloji nəzəriyyələr yayırmış.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Oktyabr 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















