Icma.az
close
up
RU
Ağ Ev sahibinin Yaxın Şərqlə bağlı planları Politoloq açıqladı

Ağ Ev sahibinin Yaxın Şərqlə bağlı planları Politoloq açıqladı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini istəyir. O, bu fikri İordaniya Kralı II Abdullahla telefon danışığı zamanı səsləndirib. Tramp qeyd edib ki, Qəzza artıq xarabalığa dönüb, orada salamat bina mövcud deyil, gələcəkdə İsrailin buranı yenidən bombalamayacağı barəsində də təminat yoxdur. 
Ağ Ev sahibinin Yaxın Şərqlə bağlı planları nədən ibarətdir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-nın yeni prezidentinin Yaxın Şərqlə bağlı xüsusi planları var:

“Burada fələstinlilərin Misir və İordaniyaya köçürülməsi haqqında fikirlər səslənir. Hesab edirəm ki, bu ABŞ-a hər hansısa bir üstünlük qazandırmır, əksinə burada məsələnin sülh ilə həll edilməsi, bölgədə iki dövlətin mövcudluğu, Fələstin xalqının hüquqlarının tanınması daha çox dünyada Vaşinqtona nüfuz qazandıra bilərdi. Belə görünür ki, yeni administrasiya başqa fikirdədir. Əvvəldən də prezident seçkilərindən öncə seçki qabağı dövrdə Trampın daha çox İsrail mərkəzli siyasət yürüdəcəyi hiss olunurdu”. 
Politoloq bildirib ki, Trampın əvvəlki dövründə də bu hiss edilirdi, lakin burada Ərəb dünyası tərəfindən müqavimətin olacağı da plan içində deyildi: 
“Bölgənin hərbi əməliyyatlardan sonra yenidən qurulması, tikilməsi və daha sonra fələstinlilərin o əraziyə qaytarılması planı var. Lakin burada fələstinlilərin saxlanılması, onların ehtiyaclarının  qarşılanması üçün ABŞ-ın Misir və İordaniya hər hansısa cəlbedici təkliflər və yardımlar etməsi də istisna deyil. Burada Tramp Yaxın Şərqin əhəmiyyətli geosiyasi oyunçuları ilə də yaxınlaşmaq siyasi kursunu nəzərdən keçirdir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri