Icma.az
close
up
RU
Ağ Ev yeni ziyafət zalının bəzi sponsorları haqqında məlumatı gizlədib Media

Ağ Ev yeni ziyafət zalının bəzi sponsorları haqqında məlumatı gizlədib Media

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağ Ev yeni ziyafət zalının tikintisini maliyyələşdirən bəzi sponsorlar barədə məlumatı gizli saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşrin araşdırmasına görə, şəffaflıqla bağlı verilən vədlərə baxmayaraq, ABŞ administrasiyası əvvəlcə açıqlanan, 30-dan çox hüquqi və fiziki şəxsin yer aldığı siyahıya bəzi donorları daxil etməyib.

Siyahıda "Amazon", "Apple", "Google", "Lockheed Martin", "Meta", "Microsoft" və "Palantir Technologies" kimi iri şirkətlərin adları yer alsa da, investisiya firması "BlackRock", bir neçə sığorta şirkəti, milyarder Ceff Yass və ABŞ-Çin ticarət razılaşmasından fayda gözləyən "Nvidia" mikrosxem istehsalçısının adı qeyd olunmayıb.

Ağ Evin verdiyi açılamaya görə, əgər hər hansı donor adının açıqlanmasını istəməyibsə, onun məxfilik hüququ qorunacaq.

"The New York Times" yazır ki, şirkət rəhbərləri ziyafət zalının tikintisinə maliyyə ayırmaqla ABŞ prezidenti Donald Trampın rəğbətini qazanmaq və administrasiyasının dəstəyini təmin etmək niyyətindədirlər. Bu isə dövlət etikası üzrə mütəxəssislər arasında ciddi narahatlıq doğurur.

Yeni ziyafət zalı 1902-ci ildə tikilmiş Ağ Evin şərq qanadının yaxınlığında yerləşəcək. Zalda 650 nəfərə qədər qonaq qəbul edilə biləcək. Hazırda Ağ Evdəki ən böyük otaq – Şərq zalı – 200 nəfərlikdir. Əvvəlki məlumatlara əsasən, tikintinin Trampın prezidentlik müddəti başa çatmazdan əvvəl yekunlaşdırılması planlaşdırılır.

Rəsmi prezident iqamətgahı olan Ağ Ev ideyası ABŞ-ın ilk prezidenti Corc Vaşinqtona məxsusdur. Binanın layihəsini memar Ceyms Hoban hazırlayıb, tikintisinə 1792-ci ildə başlanıb. Vaşinqton binanın yerləşəcəyi yeri şəxsən özü seçib. Tikinti 1800-cü il noyabrın 1-də başa çatıb və həmin gün ABŞ-ın ikinci prezidenti Con Adams oraya köçüb. 1814-cü ildəki yanğından sonra bina 1815–1817-ci illərdə yenidən qurulub.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri