Yalnız Bakı qeydiyyatında olan 25 min avtomobil şəhər daxilində taksi fəaliyyəti göstəərə biləcək Rəy
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yeni qaydalara əsasən, Bakının qeydiyyatında olan taksi Sumqayıta sərnişin apara biləcək. Lakin oradan sərnişin götürə bilməyəcək. Eyni qaydada Sumqayıt qeydiyyatında olan taksi Bakıya müştəri gətirə biləcək, lakin geri dönərkən sərnişin götürə bilməyəcək. Buna icacə yoxdur".
Bunu nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev 525.az-a bildirib. Onun sözlərinə görə, burada əsas məqsəd Bakıya əlavə sıxlıq yarada biləcək taksilərin məhdudlaşdırılmasıdır:
"Bakıya kənardan çox sayda avtomobil daxil olduqda əlavə yüklülük yaranır. Bunun qarşısını almaq üçün bu kimi addımlar atılır. Bu gün şəhərin küçə-yol şəbəkəsini yüklənib və bu da müəyyən saatlarda tıxaclara səbəb olur. Ona görə də qərar verilib ki, sistem transformasiya olunsun. Bu qaydalar artıq 2023-cü ildə qüvvəyə minib. Hazırda hiss olunan əsas dəyişiklik ondan ibarətdir ki, bu il yanvarın⁶ 1-dən etibarən kvota tətbiq olunub. Belə ki, paytaxtda yalnız Bakı qeydiyyatında olan 25 min avtomobil şəhər daxilində taksi fəaliyyəti göstəərə biləcək".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 03 Fevral 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















