Vətəndaşların çoxu yaşadıqları evi və ya mənzili sığortalatmır Hüquqşünas
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
«Ölkədə mənzillərin və fərdi yaşayış evlərinin icbari sığortası ilə bağlı qanun mövcuddur. Bu qanun on ildən artıqdır qüvvədədir və əsas məqsədi vətəndaşları risklərdən qorumaqdır».
Bunu 525.az-a hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, vətəndaşların çoxu yaşadıqları evi və ya mənzili sığortalatmır. Əhəmiyyətli olan bu məsələyə qeyri ciddi yanaşırlar. Halbuki həmin qanun məhz ona görə qəbul edilib ki, hər hansı yanğın, partlayış və digər gözlənilməz hadisə baş verdikdə, sığorta şirkəti vətəndaşa dəymiş zərərin əvəzini ödəsin. Qanunla da bu belədir:
«Hər hansı yanğın, partlayış və digər gözlənilməz hadisə baş verdikdə sığorta şirkəti vətəndaşa dəymiş ziyanı qarşılayır. Əgər vətəndaş mənzilini sığortaladıbsa. Vətəndaş bilməlidir ki, bu məsələlərdə hökumətin birbaşa təminat öhdəliyi yoxdur. Vətəndaşın şəxsin evi yaşayış üçün yararsız hala düşdükdə dövlət birbaşa olaraq ona yeni mənzil vermir. Belə hallarda həmin şəxslər yalnız onlara dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məsələsini qaldıra bilərlər".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 03 Fevral 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















