Ağ Evdə baş tutacaq UFC döyüşlərinin sayı bəlli oldu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İyunun 14-də Ağ Evdə keçiriləcək tarixi tədbir üçün altı döyüş planlaşdırılıb. Lakin yeddinci döyüşün də orada baş tutması istisna olunmur".
Oxu.Az xəbər verir ki, bunu IFL telekanalına müsahibəsində UFC prezidenti Dana Uayt bildirib.
Xatırladaq ki, ötən ilin iyulunda ABŞ Prezidenti Donald Tramp ölkənin müstəqilliyinin 250 illiyi və 80 illik yubileyinin qeyd edilməsi çərçivəsində Ağ Evin ərazisində UFC döyüşlərinin keçiriləcəyini bəyan edib.
Məlumata görə, tədbir üçün prezident iqamətgahının qarşısındakı qazonda səkkizbucaqlı oktaqon qurulacaq. Döyüşçülərin Ağ Evin Oval Ofisindən meydana yaxınlaşması gözlənilir.
Tamaşaçılar üçün 5 min yerlik tribunalar qurulacaq. Digər azarkeşlər üçün isə yaxınlıqda 60 min nəfərlik böyük ekran quraşdırılıacaq.
Baxış sayı:192
Bu xəbər 06 Mart 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















