Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Ağ Evdə həm də simvollar danışırdı: Əliyevə rəmzi açarın verilməsində diqqətçəkən detal

Ağ Evdə həm də simvollar danışırdı: Əliyevə rəmzi açarın verilməsində diqqətçəkən detal

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Vaşinqtonda baş tutan tarixi görüş Cənubi Qafqazda uzunmüddətli münaqişəyə son qoymaq üçün önəmli addımdır. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşma regionda sülhün möhkəmlənməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətlidir.

Bəs, bu görüşün siyasi və geosiyasi mənzərəyə hansı təsirləri ola bilər?

Globalinfo.az-a danışan siyasi elmlər doktoru, professor, deputat Elman Nəsirov deyib ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar strateji əhəmiyyətə malikdir və tarixdə unudulmaz hadisə kimi qalacaq.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan bütün əsas əngəllər aradan qaldırılıb:
“Sülh prosesinin qarşısındakı ən ciddi problemlərdən biri Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qorunub saxlanılması idi və Azərbaycan bu məsələdə prinsipial və qəti mövqe tuturdu. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış birgə bəyanatda bu problem öz həllini tapır. Bəyanatda vurğulanır ki, rəsmi Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlər görüləcək. Bu tədbirlər əsasən Ermənistan Konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının ləğv edilməsini nəzərdə tutur. Bu, yəqin ki, gələcəkdə Ermənistanda keçiriləcək parlament seçkiləri və referendum çərçivəsində reallaşacaq. Bu addım eyni zamanda Ermənistanda daxili siyasi durumun stabilləşməsinə və Paşinyana qarşı təzyiqlərin azalmasına imkan yaradacaq”.

Professor qeyd edib ki, digər vacib məqam ATƏT-in Minsk Qrupunun buraxılmasıdır:

“İndiyədək Azərbaycan həmin qurumun fəaliyyətini dayandırması tələbini irəli sürürdü, çünki Minsk Qrupu uzun müddətdir sülh prosesində heç bir aktiv rol oynamırdı. Ermənistan isə bunun davam etməsini istəyirdi. Lakin Vaşinqtonda Trampın iştirakı ilə imzalanmış bəyanatda bu məsələyə də aydınlıq gətirilib. Artıq Azərbaycan və Ermənistan liderləri ATƏT baş katibliyinə müraciət edərək Minsk Qrupunun buraxılmasını tələb edəcəklər ki, bu da sülh prosesinə mane olan ciddi bir əngəlin aradan qaldırılması deməkdir”.

Həmçinin oxuyun:

İlham Əliyev müsahibə verdi – VİDEO

Elman Nəsirov

Elman Nəsirov deyib ki, Zəngəzur dəhlizinin açılması məsələsi də sülh müqaviləsinin əsas tərkib hissələrindən biridir:

“Bu dəhliz uzun illərdir ümumi sülh prosesinə mane olan, hətta sülh müqaviləsində ayrıca bənd kimi çıxarılmış məsələlərdən idi. İndi isə bu dəhlizin adı “Tramp marşrutu” kimi beynəlxalq səviyyədə tanınacaq və onun açılması Ermənistan və ABŞ arasında əldə edilmiş razılaşma ilə təmin olunacaq. Bu prosesdə Birləşmiş Ştatlar fəal iştirak edəcək. Təxminən 43,5 kilometr uzunluğundakı bu marşrutun reallaşdırılması ABŞ-ın mühüm dəstəyi ilə həyata keçiriləcək. Vaşinqton görüşləri həmçinin Azərbaycan və Amerika münasibətlərinin yeni strateji tərəfdaşlıq mərhələsinə yüksəldilməsi barədə razılaşmanı da ortaya qoydu. İki ölkə liderləri münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün işçi qrup yaradıb. Yaxın aylarda Strateji Tərəfdaşlıq Xəritəsinin imzalanması planlaşdırılır. Bu sənəd siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar, beynəlxalq təhlükəsizlik, logistika və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsini təmin edəcək”.

Deputat daha bir maraqlı məqama toxunub:

“Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim edib. Bu, Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələni, yüksək etimadı və hörməti simvollaşdırır. Tramp Əliyevi böyük lider adlandıraraq ona xüsusi etibarını ifadə edib. O həmçinin vurğulayıb ki, Əliyev seçkilərdən öncə ona dəstək vermişdi və bu dəstək seçkilərin nəticələrində öz əksini tapdı. Nəticə etibarilə, Vaşinqtonda atılan addımlar Azərbaycan-ABŞ əlaqələrini ən yüksək səviyyəyə qaldırır, xalqlarımız üçün yeni imkanlar və perspektivlər açır. Bu razılaşmalar Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün təmininə mühüm töhfə verir. Artıq sözlərin yox, əməli addımların ön plana çıxdığı mərhələ başlayıb. Donald Trampın bu prosesdə rolu yüksək qiymətləndirilir, İlham Əliyev isə onu “möcüzə” kimi dəyərləndirir. Beləliklə, Vaşinqton razılaşmaları regionda geosiyasi vəziyyəti dəyişdirir, yeni reallıqlar yaradır və Cənubi Qafqazın gələcəkdə daha sülhsevər, əməkdaşlığa açıq məkana çevrilməsi üçün zəmin formalaşdırır”.

Son olaraq Elman Nəsirov onu da əlavə edib ki, artıq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqtonda sülh sazişi paraflanıb:

“Qalır yalnız sülh müqaviləsinin rəsmi imzalanması. Hansı ki, çox güman, 2026-cı ildə həyata keçiriləcək”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri