Icma.az
close
up
RU
Putinin Əliyevə zəngi: Qəza ilə bağlı diqqətçəkən detal

Putinin Əliyevə zəngi: Qəza ilə bağlı diqqətçəkən detal

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verməsi və üzr istəməsi ictimaiyyətdə müsbət dəyərləndirilib. Həmçinin Kreml məsələ ilə bağlı Rusiyada cinayət işinin açıldığını və araşdırma aparıldığını qeyd edib.

Belə bir vəziyyətdə rəsmi Bakının hadisəyə operativ reaksiyası, dövlət başçısının qətiyyəti, prinsipiallığı, çevik addımların atılması dünya mətbuatında xüsusi vurğulanıb.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəylinin sözlərinə görə, Vladimir Putinin Azərbaycan Prezidentinə zəng edərək təyyarənin Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını dilə gətirməsi çox müsbət addımdır:

“Əslində, hadisənin mahiyyəti və hüquqi aspektləri, Azərbaycanın ədalətli və prinsipial mövqeyi, həmçinin ölkəmizlə Rusiya arasındakı münasibətlərin mövcud durumu fərqli bir yanaşmanın sərgilənməsinə imkan vermirdi. Şübhəsiz, Prezident İlham Əliyevin Vladimir Putinlə telefon danışığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalmasına və digər məqamlara toxunması bir daha dövlətimizin başçısının ölkəmizin milli maraqları, vətəndaşlarımızın hüquqları ilə bağlı qətiyyətli mövqeyini ifadə edir.


Elçin Mirzəbəyli

Telefon söhbəti zamanı dövlət başçılarının bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması ilə bağlı müzakirə aparmaları isə qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Liderlərin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulamaları, Azərbaycan və Rusiya rəhbərləri arasındakı etimadlı münasibətlərin göstəricisi kimi dəyərləndirilməlidir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri