Icma.az
close
up
RU
Ağ Evdə qorxu, yoxsa yeni oyun TƏHLİL

Ağ Evdə qorxu, yoxsa yeni oyun TƏHLİL

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın gözü Ağ Evdə qurulacaq masaya dikiləcək. Avropanın ən güclü liderləri, NATO rəhbərliyi, Ukraynanın başçısı Vaşinqtonda bir araya gəlir.

Amma diqqətçəkən məqam odur ki, “bu liderlər Amerikaya gedirlər kimi” görünmürlər. Sanki birbaşa Trampın ayağına gedirlər. Və hiss olunur ki, Qoca Avropa Trampın masasından hökm gözləyir.

Burada ən sirli məqam Putinin kölgəsidir. Tramp adminstrasiyası müəyyən detalları açıqlayandan sonra belə məlum olur ki, Putin nəyi deyibsə,

Trampın davranışında onun izi duyulur. Kim bilir, bəlkə Tramp qorxub, bəlkə də yeni bir oyun oynayır. Nəticə hələ ki, çox qaranlıqdır.

Müharibənin yükü

Zelenski bu görüşə viran olmuş Ukrayna kimi gəlir. Onun yorğun baxışları ukraynların əzabıdır. Silahdan daha çox siyasi təminat istəyir. Çünki savaş meydanında ümid mərmilərdən əvvəl tükənmək üzrədir. Zelenskinin gəlişi Tramp üçün də bir imtahandır. Əvvəlki müttəfiqliyə sadiqlik və dəstək, ya da müttəfiqini güzəştə məcbur etmək... Əgər Ukrayna danışıqlarda zəifləsə, bu, bütün Şərqi Avropanın mövqeyinə zərbə olacaq. Hətta hesab edənlər var ki, Zelenski üçün Ağ Ev masası müharibənin səngərindən də təhlükəlidir.

Şimalın soyuqluğu

Görüşə gedən Finlandiya prezidenti Stabb NATO-ya yeni qoşulmuş və Rusiyadan gələn təhdidi ən çox hiss edən ölkə rəhbəridir. Stabb Avropanın Şimal qanadının narahatçılığını masaya gətirir. O, Zelenskiyə dəstəkdə qətiyyətlidir. Səbəb çox sadədir, öz sərhədində eyni təhlükəni görür. Odur ki, Stabb üçün bu görüş həm də Finlandiyanın təhlükəsizlik qarantiyasıdır. Əgər ABŞ zəiflik göstərsə, Şimal Avropası tək qalacaq.

Atlantikanın körpüsü

Britaniya baş naziri Starmer bu görüşdə Avropa ikə ABŞ arasında körpü rolunu oynayacaq statusludur. Çünki London həmişə Atlantik siyasətinin mərkəzlərindən biri olub. Starmer Zelenskiyə açıq dəstək versə də, Trampın siyasi gündəmini də nəzərə almaq məcburiyyətindədir. Odur ki, diplomatik balansı qorumaq kimi missiyası var. Doğrudur, Britaniya Ukraynaya silah yardımı edən əsas oyunçulardan biridir. Öz daxilində iqtisadi çətinliklər onun əlini zəiflədir. Starmerin mövqeyi bu görüşdə Britaniyanın yenidən qlobal siyasətdə nə qədər güclü ola biləcəyini göstərəcək.

Avropanın nəfəsi

Makron uzun müddətdir Avropanın strateji muxtariyyəti ideyasını müdafiə edir. Lakin Ukrayna müharibəsi onu yenidən Amerikanın kölgəsinə salıb. Bu görüşdə o, həm Fransa, həm də Avropanın sözünü demək istəyir. Makron üçün əsas məsələ Ukraynanın tək qoyulmamasıdır. O, Trampın “sülh” deyib güzəşt tələb etməsinə qarşı çıxacaq kimi görünür. Çünki Parisdə bu məsələ Rusiyanın qalibiyyəti kimi qəbul edilir. Makronun mövqeyi Avropanın sabahkı siyasi nəfəsini müəyyən edəcək desək, yanılmarıq.

Almaniyanın yükü

Almaniya kansleri Merz Avropanın iqtisadi gücünü masaya gətirir. Berlin Ukraynaya ən çox maliyyə dəstəyi verən ölkələrdən biridir. Lakin Almaniya ictimaiyyəti artıq bu yükdən yorulub. Merz üçün əsas sual dəstəyi davam etdirmək, yoxsa məhdudlaşdırmaqdır. O, Trampın tələblərinə qarşı Avropanı müdafiə etməyə çalışacaq. Əgər Almaniya geri addım atsa, bütün Avropa zəifləyəcək. Merz anlayır ki, bu görüşdə özünü Avropanın dayağı kimi göstərməlidir. İkinci Dünya Savaşında Amerikanın mövqeyi indi Almaniyada ən çox müzakirə olunan mövzulardandır.

Aralıq dənizinin səsi

İtaliyanın baş naziri Meloni sərt mövqeyi ilə tanınır. Onun üçün bu görüş ölkəsində nüfuzunu möhkəmləndirmək imkanıdır. İtaliya Ukraynaya dəstək versə də, iqtisadi çətinliklər Meloninin əl-qolunu bağlayır. O, Avropa İttifaqı ilə birlikdə danışsa güclü görünəcək. Təkbaşına isə Romada siyasi gərginliklə üzləşə bilər. Meloninin masadakı sözü Avropanın cənub cinahının mövqeyini ifadə edəcək. Təbii ki, onun sərt çıxışı Trampın danışıqlarını çətinləşdirə bilər.

Avropanın birliyi

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu görüşə bütün Avropanın səsini gətirir. O, Avropa İttifaqının Ukraynaya dəstəyini simvollaşdırır. Ursula üçün əsas məqsəd Avropanın vahid mövqeyini qorumaqdır. Əgər Avropa parçalanarsa, bu, Rusiyanın ən böyük qələbəsi olacaq. Gözlənilir ki, onun çıxışı həm diplomatik, həm də emosional olacaq. Onun mövqeyi mütləq görüşün tarixi tonunu müəyyən edəcək.

NATO-nun keşikçisi

NATO baş katibi Rutte bu görüşdə təhlükəsizlik şəbəkəsinin təmsilçisidir. Təbii ki, o, hərbi gücün dilini danışacaq. NATO üçün əsas məsələ Ukraynanın müdafiə qabiliyyətini qorumaqdır. Rutte Trampı kollektiv müdafiə prinsipindən geri çəkilməməyə çağıracaq. Onun mövqeyi masada ən sərt və qətiyyətli olacaq. 

Nəticə olaraq hesab etmək olar ki, Ağ Evdəki görüş dünyanın taleyini müəyyənləşdirəcək şahmat oyunudur. Hər lider öz fiqurudur. Zelenski piyada, Tramp şah, Putin isə masada olmasa da kölgəsi ilə vəzir gedişləri edir.

Acı reallıq budur. Avropa liderləri birgə dayanmasa, oyun Tramp və Putin arasında bağlanacaq. Dünyanın sabahı isə həmin masada çəkilən xətlərin üzərində qurulacaq.

Modern Analitik və Təhlil Qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Avqust 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri