Icma.az
close
up
RU
Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar TƏHLİL

Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar TƏHLİL

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Trampın hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərində fərqli bir mənzərənin şahidi ola bilərik.

Qeyd edək ki, ABŞ-nin nüfuzlu “Stratfor” Beynəlxalq Araşdırmalar Mərkəzi Tramp administrasiyasının Cənubi Qafqaz siyasəti, o cümlədən Azərbaycanla və Ermənistanla gələcək münasibətləri barədə məqalə dərc edib.

“Startfor”un proqnozlarına görə, Tramp Azərbaycanla strateji tərəfdaşlığa üstünlük verəcək.

“Ermənistan və Azərbaycan sülh danışıqlarında öz mövqelərini möhkəmləndirmək üçün xaricdən dəstək axtardıqları üçün Cənubi Qafqaz geosiyasi təsir uğrunda mübarizə meydanı olaraq qalacaq”.

“Startfor”un rəyində, həmçinin Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub.

“Startfor”a görə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından əvvəl İrəvan müəyyən addımlar atmalıdır:

“Ermənistan və Azərbaycan çox güman ki, sülh sazişinə doğru irəliləyəcəklər. Lakin Ermənistanda konstitusiya dəyişiklikləri, onların sərhədlərinin tam demarkasiyasının detalları və tranzit əlaqələrinin açılması ilə bağlı fikir ayrılıqları çox güman ki, 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacaq. Bu məsələlərin bəziləri sonrakı razılaşmalar üçün təxirə salına bilər”.

“Startfor” analitik mərkəzi qeyd edir ki, Tramp administrasiyasının Cənubi Qafqaz siyasətində Azərbaycana daha çox üstünlük veriləcək:

“Tramp administrasiyası Rusiya, İran və Çinin bölgədəki təsirinə regional tarazlıq kimi Bakı ilə güclü münasibətləri prioritet hesab etdiyi üçün Ermənistanın ABŞ-dən güclü dəstək almaq cəhdləri puça çıxacaq”.

Bildirək ki, “Startfor”un Tramp administrasiyasının gələcək Cənubi Qafqaz siyasəti ilə bağlı analitik proqnozu təqdirəlayiqdir.

Çünki adıçəkilən mərkəz Cənubi Qafqazda hazırkı və gələcək proseslər barədə düzgün proqnozlar verib, ABŞ-nin Azərbaycan və Ermənistanla münasibətlərdə real mövqeyini əks etdirib. Bildirilib ki, Trampın ikinci hakimiyyəti dövründə Vaşinqton Cənubi Qafqaz siyasətində Azərbaycana daha çox üstünülük verəcək. 

Ümumiyyətlə, demokratlardan fərqli olaraq, respublikaçılar hər zaman Azərbaycana müsbət münasibət sərgiləyiblər və ölkəmizə xüsusi əhəmiyyət veriblər. Məhz respublikaçıların hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri inkişaf mərhələsinə qədəm qoyub və ikitərəfli münasibətlər daha da möhkəmlənib. ABŞ ilə Azərbaycan arasında iqtisadi-ticari və enerji münasibətlərin qurulmasında respublikaçıların rolu inkar olunmazdır.

Xüsusilə, respublikaçı Trampın birinci hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərində müsbət proseslərin yaşanmasına, ən əsası da 44 günlük Vətən müharibəsində ABŞ tərəfindən Azərbaycana qarşı heç bir təsir və təzyiq göstərilmədi.

Təəssüf ki, demokratların hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərində müəyyən durğunluq yaşanıb. Demokrat Bayden administrasiyasının Azərbaycan və Ermənistana münasibətdə irrasional və tərəfli mövqe sərgiləməsi, Qarabağda erməni separatçılarına dəstək verməsi və hər vasitə ilə sülh sazişinin Ermənistanın xeyrinə imzalanmasına çalışması ABŞ-Azərbaycan münasibətlərinə çox ciddi təsir göstərib.

Bayden administrasiyasının qeyri-peşəkar siyasəti səbəbindən ikitərəfli münasibətlərində inkişaf əvvəlki kimi müşahidə olunmur.
Buna baxmayaraq, Trampın növbəti hakimiyyəti dövründə Bayden administrasiyasının səbəb olduğu problemlərin öz həllini tapacağı və ABŞ-Azərbaycan münasibətlərinin əvvəlki səviyyəyə qayıdacağı ilə bağlı ümidlər var. 

Azərbaycan Tramp administrasiyası üçün bəzi amillər baxımından önəmlidir. 

İlk növbədə vurğulamaq lazımdır ki, Azərbaycan ABŞ-nin enerji tərəfdaşıdır. Son 30 ildə ABŞ və Azərbaycan birgə xüsusi əhəmiyyətə malik olan enerji layihələri həyata keçiriblər. 

Azərbaycanın neft və təbii qaz ehtiyatlarını qlobal dünya bazarına daşıyan enerji layihələri – Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, o cümlədən Cənubi Qaz Dəhlizi, Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) qaz boru kəmərlərinin reallaşmasında ABŞ-nin rolu danılmazdır. ABŞ bu layihələrin həyata keçməsinə ciddi dəstək göstərib.

Məhz Tramp administrasiyası dövründə ABŞ Azərbaycanla enerji tərəfdaşlığını genişləndirmək üçün müəyyən təşəbbüslər irəli sürməsi ehtimal oluna bilər.

Eyni zamanda, Azəraycan ABŞ-nin iqtisadi-ticari tərəfdaşıdır. Hər iki ölkə arasında normal iqtisadi münasibətlər var. ABŞ-nin Azərbaycanda, Azərbaycanın da ABŞ-də şirkətləri fəaliyyət göstərir.

Azərbaycan bazarında ABŞ-nin məhsullarını görmək mümkündür.

Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının ölkədə yerli və xarici şirkətlər arasında əlaqələri koordinasiya etməsi və azad bazar modelinin formallaşması istiqamətində addımları ikitərəfli münasibətlərdə önəmli yer tutur.

Enerji və iqtisadi-ticari məsələlərlə yanaşı, Azərbaycanın Avrasiya coğrafiyasında nəqliyyat-kommunikasiya imkanlarına malik olması hər zaman ABŞ-ın ölkəmizə diqqəti artırmağa sövq edib. İstər ABŞ, istərsə Qərb ölkələri, istərsə də Türkiyə məhz Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış əldə edə bilərlər. Qeyd edək ki, vaxtı ilə ABŞ Əfqanistanda ordusunu silah-sursat və ərzaqla təmin etmək üçün Azərbaycandan logistik mərkəz kimi istifadə edib. 

Ola bilər ki, növbəti prezidentlik dövründə Donald Tramp Mərkəzi Asiyaya maraq göstərsin. Təbii ki, Tramp bu regionda ölkəsinin maraqlarını təmin etmək üçün Azərbaycanın imkanlarından istifadə edə bilər. 

Digər əsas məsələ, ABŞ və Azərbaycan təhlükəsizlik və qlobal terrorizmə qarşı mübarizə kimi məsələlərdə əməkdaşlıq edirlər. 

İstər Əfqanistanda, istərsə də İraqda Azərbaycan sülhməramlıları ABŞ hərbçiləri ilə birlikdə terrorçu qüvvələrə qarşı mübarizə aparıblar. Onu də nəzərə almalıyıq ki, öz təhlükəsizliyini və hərbi-müdafiə gücünü təmin etmək iqtidarında olan Azərbaycan ABŞ üçün çox önəmlidir. 

Məhz bu amillər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin normallaşması və yaxın gələcəkdə daha da möhkəmlənməsi mümkündür. 

Hər iki ölkə qarşılıqlı əlaqələrin inkişafından faydalana bilərlər. ABŞ məhz Azərbaycan vasitəsilə Cənubi Qafqazda öz geosiyasi və geoiqtisadi maraqlarını həyata keçirə, eləcə də ölkəmiz üzərindən digər regionlara çıxış imkanları əldə bilər. Hesab edirik ki, Tramp administrasiyası Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirəcək. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see285

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see257

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see239

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see238

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see237

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see234

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see231

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see220

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see215

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see213

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see213

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see197

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see190

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see189

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see189

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see188

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see180

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see178

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see175

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri