Ağ Evdən Baydenə ağır ittiham 8 milyon toyuğu öldürüb
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində təxminən 8 milyon toyuğu kəsərək yumurta tədarükündə fasilələrə və qiymətlərin artmasına səbəb olub.
Lent.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında məlumat verib.
O, Bayden administrasiyasının Prezident Donald Trampın andiçmə mərasimi ərəfəsində təxminən 8 milyon toyuğu məhv etdiyini deyib.
Livitt ölkədəki yumurta böhranını “Bayden böhranı” adlandırıb. Livitt qeyd edib ki, Tramp ölkənin kənd təsərrüfatı naziri Bruk Rollins ilə birlikdə hazırda bu problemin həlli üzərində işləyir.
Bildirilir ki, yumurtanın topdansatış qiyməti tədarükün azalmasına səbəb olan quş qripi epidemiyası səbəbindən tarixi maksimuma çatıb.
Bundan əvvəl ABŞ-da yumurtanın qiymətinin artması ilə əlaqədar yoxlamalara başlanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Mart 2025 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















