Ağ şəhər də canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial şəbəkələrdə əxlaq normalarını pozan daha bir tiktoker saxlanılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, 20 yaşlı Fərid Nəsirov (şərti adla) “Ağ şəhər” ərazisində avtomobilində tiktok sosial şəbəkəsinə daxil olaraq, canlı yayım açıb. Yayım zamanı isə nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Faktla bağlı F. Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Fərid Nəsirov bildirib ki, canlı yayım açdığı zaman izləyicilərdən biri onu təhqir edib. O da bu təhqirə əsəbiləşərək, nalayiq ifadə işlədib. O, əməlindən peşman olduğunu və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirib.
Məhkəmə onun barəsində 700 manat inzibati cərimə cəzası təyin edib.
Baxış sayı:135
Bu xəbər 22 Sentyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















