Icma.az
close
up
RU
Ağ xalatla qara bazar Özəl xəstəxanalar lazımsız analizlər yazır?

Ağ xalatla qara bazar Özəl xəstəxanalar lazımsız analizlər yazır?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzi özəl xəstəxanalar əksər hallarda insanları lazımsız analizlər verməyə sövq edir. Belə ki, bir xəstəliyə diaqnozun qoyulması və ya əməliyyata girən xəstənin müayinəsi üçün fərqli xəstəxanalar fərqli sayda analiz tələb edir. 

Xüsusilə özəl xəstəxanalarda tez-tez rast gəlinən bu vəziyyət həkim motivinin həqiqətən də sağlıq olması reallığına kölgə salır.

Belə halda sual yaranır: hansısa xəstəliyə diaqnoz qoyulması üçün konkret müəyyən olunmuş analiz sayı varmı və bu nəyə görə tənzimlənir? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, xəstələrin ümumi və xüsusi müayinə planı olur:

“Bəzən müəyyən məsələləri araşdırmaq üçün istiqamət seçilir və diaqnoz dəqiqləşdirilir. Bütün bunlar konkret protokollar əsasında həyata keçiriir. Dünyada bu proses belə gedir. Əgər xəstənin təngənəfəsliyi və sinəsində ağrı varsa, bu, ağciyər-ürək sisteminin yoxlanılmasına işarədir. Bununla bağlı qanın ümumi analizi, ağ ciyərlərin yoxlanılması, ürəyin kardioqraması kimi müayinələr tətbiq olunur. Bunlar İcbari Tibbi Sığorta ilə həyata keçirilir. İcbari Tibbi Sığorta isə maliyyə prosesi olduğuna görə analizlərin hamısı hesablanır. Qərb standartlarına görə, mütləq klinik protokollar tətbiq edilməlidir. Burada daha çox həkimlərin intuisiyasından çox şey asılıdır”. 

A.Qeybulla vurğulayıb ki, həkimlər bəzən müəyyən şeyləri araşdırmaq üçün ardıcıl analizlər edirlər. Yenə də nəzərə almaq lazımdır ki, dünyanın hər bir ölkəsində diaqnoz qoymaqda çətinliklər yaşana bilir.

Qeyd edək ki, müalicə prosesi zamanı baş verən problemlərlə bağlı şikayətlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə edilir.

Maraqlıdır, bu barədə quruma şikayət daxil olubmu?

Mərkəzdən sorğumuza cavab olaraq bildirildi ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə belə hallar barədə hər hansı bir şikayət daxil olmayıb:

“Ümumilikdə qeyd etmək istərdik ki, bu məsələ özəl tibb müəssisələrində həkimlə xəstə arasında qarşılıqlı razılıq əsasında həll edilir. Xəstə ona həkim tərəfindən tövsiyə edilən analizlərin çoxluğundan narazıdırsa, başqa həkimə və ya xəstəxanaya müraciət edə bilər”.

Məsələnin hüquqi tərəfi barədə məlumat verən vəkil Turan Abdullazadə bildirib ki, müayinə ilə bağlı hər bir həkimin fərdi yanaşması var. Bu səbəbdən analiz sayına görə həkimin işindən sui-istifadə etdiyini iddia etmək düzgün olmaz. 

Onun sözlərinə görə, belə bir hal baş verərsə, şikayətçi nazirliyə bunu bildirməli və iddia təsdiqini tapmalıdır.

Vəkil qeyd edib ki, əsas şikayət diaqnozun səhv qoyulması və müalicə prosesinin düzgün aparılmaması ilə bağlı ola bilər. Bu zaman isə klinika məsuliyyət daşıyır:

“Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı cərrahiyə əməliyyatın yanlış diaqnozu nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni tibb müəssisəsi orada çalışan həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Klinikada çalışan həkim səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, bu zaman dəymiş zərərin əvəzi klinika tərəfindən ödənilməlidir. Klinika da, öz növbəsində, ona dəymiş zərərin ödənilməsini həkimdən reqnes qaydasında tələb edə bilər.

Həkimlərin Hippokrat andının mətnində belə bir cümlər var: “Müalicəmi heç vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm”. Həkimlərin etik davranış qaydalarında isə qeyd olunmuşdur ki, həkim öz fəaliyyətini peşəkarlıq səviyyəsində həyata keçirməli, pasienti əsassız riskə məruz qoymamalı və səhiyyə müəssisəsinin nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməlidir”.

T.Abdullazadə əlavə edib ki, Cinayət Məcəlləsinin 314. Səhlənkarlıq maddəsində əsasən həmin şəxslər 7 ilədək azadlıqdan məhrum edilə bilər:

"314.1. səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

314.3. Bu Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Firuzə Əliyeva 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Aprel 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri