Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Ağ xalatlı köç Həkimlər niyə xaricə gedir? Ekspert rəyləri

Ağ xalatlı köç Həkimlər niyə xaricə gedir? Ekspert rəyləri

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


TƏBİB-in məlumatına görə, ölkənin səhiyyə sistemində fəaliyyət göstərən həkim heyətinin yaş strukturunda orta yaşlı kadrlar üstünlük təşkil edirlər. Ümumi heyətin təxminən 76 faizi 35–55 yaş arası mütəxəssislərdən ibarətdir. 35 yaşadək gənc həkimlərin payı isə cəmi 10,3 faiz təşkil edir. Bu rəqəmlər göstərir ki, yaş balansı ciddi şəkildə pozulub.

Son illər Azərbaycan səhiyyəsində ciddi struktur dəyişiklikləri aparılsa da, sistemin dayanıqlılığı və gələcəyi ilə bağlı narahatlıqlar qalmaqdadır.

Bu narahatlığın əsas səbəblərindən biri həkimlərin yaş bölgüsü, kadr çatışmazlığı və xaricə beyin axınıdır. Rəsmi statistika və ekspert rəyləri göstərir ki, ölkədə tibbi kadr potensialı tədricən yaşlanır, gənc mütəxəssislər isə daha çox xarici ölkələrdə işləməyə üstünlük verirlər.

Həkimlərin orta yaşı artır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, ölkənin səhiyyə sistemində fəaliyyət göstərən həkim heyətinin yaş strukturunda orta yaşlı kadrlar üstünlük təşkil edirlər. Ümumi heyətin təxminən 76 faizi 35–55 yaş arası mütəxəssislərdən ibarətdir. 35 yaşadək gənc həkimlərin payı isə cəmi 10,3 faiz təşkil edir. Bu rəqəmlər göstərir ki, yaş balansı ciddi şəkildə pozulub.

Dövlət Statistika Komitəsinin 2025-ci ilin əvvəlinə olan məlumatına əsasən, ölkədə ümumilikdə 35,2 min həkim fəaliyyət göstərir. Onların 26,2 mini dövlət, 9 mini isə özəl tibb müəssisələrində çalışır. Qadın həkimlərin sayı 23,2 min nəfərdir.


“Rezident 400 manata necə yaşasın?”

Həkim-anestezioloq Turanə Rəsulova deyir ki, əslində son illər Azərbaycanda gənc həkimlərin səhiyyə sisteminə gəlişində müəyyən dinamika hiss olunur. Amma proses xüsusilə regionlarda zəif gedir:

“Gənclərin mühüm hissəsi ölkədən getməyə üstünlük verir. Artıq universitetin ilk illərindən etibarən tələbələr özlərini Almaniya, Türkiyə, Avropa və ABŞ kimi ölkələrdə ixtisas təhsili almağa hazırlayırlar. Bu, gələcək üçün təhlükəli tendensiyadır”.

Həkimin sözlərinə görə, Azərbaycanda rezidentura sisteminin tətbiqi çox vacib addım idi. Amma bu sistemin nə dərəcədə səmərəli işlədiyi hələ də sual altındadır:

“Rezident həkim-assistentlər 400–500 manat civarında aylıq məvacib alırlar. 24 yaşında, həyatını yeni quran bir gənc üçün bu maaş nə dərəcədə yetərlidir? O artıq ailə qurmalı, övlad sahibi olmalı, sosial həyatını davam etdirməlidir. Ona görə də gənc həkimlər ən azından qonşu Türkiyəyə, Almaniyaya və ya Avropaya getməyin daha məqsədəuyğun olduğunu düşünürlər”.

Turanə Rəsulova əlavə edir ki, dövlət xəstəxanalarında həkimin bir müayinə üçün hesabına yatırılan məbləğ cəmi 1 manat 95 qəpikdir:

“İcbari Tibbi Sığorta bu qədər vəsait ayırır. Xəstəyə verilən çekdə isə həmin xidmət 25-26 manat kimi göstərilir. Bu, sistemdəki böyük uyğunsuzluq və ədalətsiz bölgü deməkdir”.

Həmsöhbətimizin qənaətincə, həkimlərin sosial statusu və cəmiyyətdəki nüfuzu da getdikcə zəifləyir:

“Həkim olmaq uzun illərin zəhmətidir. Bu peşə sahibləri cəmiyyətin ən ali təbəqəsi sayılmalıdır. Əks halda, yanlış münasibət formalaşır. Türkiyədə həkimlərə qarşı zorakılıq halları artıb. Əgər bu reallıqlardan nəticə çıxarmasaq, eyni aqibət bizi də gözləyə bilər”.


Təşviqedici layihələrə ehtiyac var

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədr müavini Hüseyn Hüseynzadə bildirir ki, gənc həkimlərin əsas problemi təcrübə ilə bağlıdır:

“Rezidentura və aspiranturaya qəbul ola bilməyən tələbələrin praktik bacarığı aşağı olur. Çünki xəstə üzərində yetərincə işləyə bilmirlər. Dövlət klinikaları bütün məzunları işə qəbul edə bilmir, özəl klinikalar isə yalnız təcrübəli həkimləri işə götürür. Bu səbəbdən uyğun iş və ya təcrübə tapa bilməyən tələbələr yaxın ölkələrə, məsələn, Türkiyəyə üz tutur. Türkiyədə həkimlər 3-5 il ərzində 100-150 xəstə üzərində praktiki təcrübə qazanırlar ki, bu da Azərbaycanda mümkün deyil. Eyni zamanda Almaniya da həm təhsil, həm də gələcək həyat üçün əlverişli seçim sayılır”.

Sədr müavini hesab edir ki, xaricdə stabil iş və gəliri olan birinin Azərbaycana qayıtması üçün mütləq ciddi maddi stimul olmalıdır. O, bununla bağlı təşviqedici layihələrin həyata keçirilməsini vacib sayır.


Həkim çatışmazlığı pik həddə

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin rəhbəri İlqar Hüseynli isə bildirir ki, hazırda bütün rayonlarda həkim çatışmazlığı var:

“Məsələn, Gədəbəy Mərkəzi Xəstəxanası vaxtilə tam gücü ilə işləyirdi, indi isə həkim tapılmır. Şirvandan Gəncəyə qədər normal cərrah-travmatoloq tapmaq müşkülə çevrilib. Çünki həkimlər sürətlə ölkəni tərk edirlər. Düzdür, onlarla bağlı konkret statistika yoxdur. Amma müşahidələr göstərir ki, gedənlərin sayı ildən-ilə sürətlənir. Hətta nəinki gənc, bizim yaş qrupundan olan həkimlər də ölkədən gedirlər. Azərbaycandan son 5-7 ildə təkcə Almaniyaya 2000–2500 həkim köç edib. Bu il Amerikada USMLE (United Status Medical Lisensing Examination – Birləşmiş Ştatların Tibb üzrə Lisenziyalaşdırma İmtahanları) prosesindən uğurla keçən 10 azərbaycanlı gənc həkim də bu ölkədə çalışmaq imkanı qazanıb”.

Ekspertin sözlərinə görə, həkimlərin xaricə getməsinin əsas səbəbi aşağı maaş və qeyri-sabit iş şəraitidir:

“Qonşu Türkiyədə rezident 5-7 min manat dəyərində maaş aldığı halda, Azərbaycanda eyni kateqoriyalı həkim 400 manat alır. Bu fərq, təbii ki, seçimdə həlledici rol oynayır”.

Yaşlı həkimlər kənarda qalır

İlqar Hüseynli hesab edir ki, sistemin digər problemi təcrübəli, lakin yaşlı həkimlərin işdən uzaqlaşdırılmasıdır:

“65 yaşa çatan həkimlərin avtomatik işdən çıxarılması doğru deyil. İnkişaf etmiş ölkələrdə məşhur həkimlər 70-75 yaşında həm müalicə, həm də tədrislə məşğul olurlar. Biz isə təcrübəni itiririk. Əslində yaşlı həkimlər gənclər üçün mentor və tədrisçi rolunda saxlanılmalı, onların bilik və təcrübəsi yeni nəslə ötürülməlidir. Bu, həm sistemin keyfiyyətinə, həm də tədris prosesinə ciddi təsir göstərə bilər”.


“Geri dönüş başlayıb”

Almaniyanın Frankfurt Oder xəstəxanasının Qulaq, burun, boğaz xəstəlikləri, üz plastik və rekonstruktiv klinikasının baş həkimi Cavid Hüseynzadə deyir ki, gənclərin xaricə üz tutmasının əsas səbəbi Azərbaycanda diplomdan sonrakı təhsilin zəif təşkil olunmasıdır.

“Rezidentura mərhələsində oxuyan həkimlər çox aşağı maaş alır, bunun üçün lazımi baza və imkanlar yoxdur. Məsələn, Almaniyada rezidenturada təhsil alan həkim birinci ildən 3500-4000 avro civarında maaş qazanır. Bu gəlir təkcə gündəlik xərcləri deyil, həm də təhsilə sərmayə qoymaq imkanlarını yaradır”, – o vurğulayır.

Mütəxəssisin sözlərinə görə, Almaniyada həkimlərin peşəkar inkişafı üçün geniş şərait mövcuddur:

"Rezidenturada oxuyan hər bir həkimə beynəlxalq tibbi ədəbiyyata pulsuz giriş imkanı verilir. Əgər ölkədaxili kurslara qatılırsa, həmin kursların xərclərinin bir hissəsi xəstəxana tərəfindən qarşılanır. Yəni sistem həkimin həm maddi, həm də elmi inkişafını dəstəkləyir. Bu da təbii olaraq həkimlərin Almaniyaya axınının artmasına səbəb olur”.

Cavid Hüseynzadənin fikrincə, bütün bu reallıqlara baxmayaraq, Azərbaycan səhiyyəsi hazırda özünün ən parlaq dövrünü yaşayır:

“İllər öncə Avropadan ölkəmizə yenilik gətirənlər əsasən xarici həkimlər idi. Amma bu gün fərqli mənzərə formalaşıb, artıq xaricdə təhsil almış, orada təcrübə toplamış, lakin doğma dilimizdə danışan həmkarlarımız Azərbaycana qayıdaraq ən yüksək səviyyədə xidmət göstərirlər”.

Kaspi.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:361
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri