Icma.az
close
up
RU
Ağacın kökünü qurutmayaq KÜNCDƏN BAXIŞ

Ağacın kökünü qurutmayaq KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elçin Bayramlı

İnternetin inkişafı media sistemini, formatını, jurnalistlərin iş qaydalarını, hətta deyərdim ki, peşə prinsiplərini tamam dəyişdi. Elektron media sürətlə print medianı sıradan çıxardı. Klassik media yalnız Almaniya, Fransa, Rusiya, Britaniya kimi ənənəvi oxuma vərdişlərinə yiyələnmiş ölkələrdə hələ də müqavimət göstərə bilir.

Azərbaycanda isə yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayaqda qalır. Dövlət əlini çəksə, bir aya ortada bir qəzet, jurnal qalmaz. Buna görə dövlətə ən azı təşəkkür düşür. Çünki çap mətbuatının yaşaması vacibdir. Qəzet-jurnallar sadəcə mətbuat deyil, bu, həm də yazılı, sənədli tarixdir. İstənilən vaxt istənilən qəzetin istənilən nömrəsini arxivdən götürüb oradan bəhrələnmək olar. Lakin internet saytlar haqda bunu demək olmaz. Onların bazaları tez-tez itir, silinir məhv olub gedir. Şəxsən mənim internetdə indiyədək minlərlə yazım olduğu halda, axtarış verəndə 100-nü tapmaq olmur. Amma qəzet səhifələrində dərc olunmuş bütün yazılarım arxivimdə qalır.

Bizdə çap mediasının reklam bazarı, abunədən və satışdan gəlirləri çox cüzidir. Ona görə də, indiki şəraitdə dövlətin çap mətbuatına maliyyə dəstəyi verməsi vacibdir. Çünki onların öz gücü ilə fəaliyyət göstərməsi mümkün deyil. Xüsusən də, bizim kimi qəzet-jurnal oxumağı bir zərərli vərdiş kimi tərgidən cəmiyyətdə. Belə bir rəqabətli mühitdə çap mediasının fəaliyyəti üçün böyük maddi texniki baza və maliyyə imkanları olmalıdır. Üstəlik, peşəkar kadrlar lazımdır, onlar da aşağı qonorara işləmirlər.

Reklam bazarı yoxdur deyə qəzetlər mütəxəssislərə, peşəkar jurnalistlərə səviyyəli yazılar yazdıra bilmirlər, ucuz işçi qüvvəsi kimi daha çox gənc praktikantları işlətməyə üstünlük verirlər. Üstəlik, çap mətbuatı yeganə media növüdür ki, ona pul ödəmək lazımdır. Razılaşın ki, hər gün 50-60 qəpik verib qəzet almağa çoxunun imkanı yoxdur, olan da almır ki, saytlarda pulsuz oxuyuram. Bir sözlə, klassik mətbuatın müsbət və mənfi tərəfləri var. Lakin tərəziyə qoysaq, müsbət tərəflər daha ağır gələr.

Elektron mediaya gəldikdə burada hər cür imkanlar var. Sadəcə, bu sahədə anarxik vəziyyət olduğundan vəziyyət birmənalı deyil. Bu medianın müsbət tərəflər aydındır- hər bir faktı, hadisəni əhaliyə daha tez çatdırmaq olur, operativlik yüksəkdir, canlı yayım vermək, limitsiz foto və video əlavə etmək, bunu milyonlarla ünvana çatdırmaq, onlayn göndərmək, interaktivlik təmin etmək imkanı var.

Mənfi tərəflər odur ki, hər cür provakativ reklam və təbliğat xarakterli məlumatlar, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Hətta ümummilli və dövlət əhəmiyyətli proseslərdə təxribatlar da törətmək mümkündür. Dəfələrlə bunun şahidi olmuşuq.

Bir sözlə, internet media müsbət tərəflərindən daha çox mənfi tərəfləri ilə ortadadır. Əksəri diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla minlərlə sayt açılıb xəbər yayır. Çoxu 1-2 nəfərdən ibarətdir- o da sayt adminləri. Peşəkarlıq çox aşağı səviyyədə, maddi texniki baza zəif, əhatə dairəsi və müxbir postları şəbəkəsi yox, dünya informasiya məkanına təsir gücü sıfır vəziyyətdə, heç bir etika, ədəb, mənəvi norma yox. Əlbəttə, istisnalar var.

Bir neçə iri informasiya agentliyi və xəbər portalı var ki, onlarda da vəziyyət qənaətbəxş deyil. Yaydıqlarının 90 faizi hazır rəsmi məlumatlar, əməkdaşların telefonla kimisə danışdırdığı, tədbirlərdən göndərdiyi “o dedi, bu dedi” qəbilindən “eksklüziv” xəbərlərdır. Yaradıcılıq, xəbər axtarışı, problem tapıb ortaya qoymaq, analiz etmək və araşdırmaq payı çox azdır.

Problem fundamental və kompleksdir. Bu, birbaşa dövlət, cəmiyyət və media üçbücağındakı qarşılıqlı vəziyyətlə analoji müstəvidə inkişaf edən bir sistemdir. Dövlət ciddi mətbuata rahat fəaliyyət üçün hər cür imkan yaratmalı, cəmiyyət isə şou mövzuların başını buraxıb ciddi siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları izləməlidir. İş adamları, şirkətlər çap mediasına reklam verməlidir. Televiziyalar qəzetləri saytları təşviq etməlidir.

Dövlət (Medianın İnfkişafı Agentliyi) öz vəzifəsini yerinə yetirir, klassik mətbuata hər cür dəstək verir, peşəkar jurnalistlərin yetişdirilməsində xidmətlərini göstərir. Qalır cəmiyyətin və jurnalistlərin də mətbuatımızın yaşaması üçün çalışması.

Əgər hər kəs öz rolunu düzgün aparsa, klassik mediamız yaşayacaq. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.

Medianı bir ağaca bənzətsək, qəzetlər onun köküdür. Kökü quruyan ağacdan heç kimə fayda olmaz. Buna görə də, ağacın kökünə su verməli və ağacı qurumağa qoymamalıyıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyul 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri