Icma.az
close
up
RU
Ağaclar qış yuxusuna gedəndə...

Ağaclar qış yuxusuna gedəndə...

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda ana təbiətimiz qış dövrünü keçirir. Kiçik çillə nə qədər gücünü göstərsə də, qarşıda təbiətin oyanışı, gözəl yazın gəlişi durur. Yaz fəslinə sayılı günlər qalıb və kənd təsərrüfatının vacib sahələrindən biri olan bağçılıqda becərmə işlərinin başa çatdırılması mühüm məsələ kimi qarşıda durur.

Qeyd edilməlidir ki, son onillikdə respublikamızda mütərəqqi texnologiyalar əsasında on minlərlə hektar intensiv, superintensiv tipli alma, armud, gilas, şaftalı, ərik bağları salınmışdır. Belə bağların 1 hektar sahəsində 2000-4000 ədəd ağac yerləşir və bunlar da damcı suvarma sisteminin köməyi ilə suvarılır.

Qış dövründə və yazın gəlişinə kimi bağbanlarımız bağlarda hansı işləri görməlidirlər?

Məlumdur ki, noyabr ayında yarpaqlar tökülməyə başlayandan martın ortalarına qədər əksər meyvə ağacları qış yuxusuna gedirlər. Bu zaman meyvə bağları zərərverici və xəstəlikləri qışlama dövrlərini ağacların quru qabıqları altında, skelet budaq və zoğların üzərində, yerə tökülmüş yarpaqlar arasında və torpağın üst qatında keçirirlər.

Meyvə bağlarının zərərvericilərindən həlqəvi və tor ipəksarıyanlar öz yumurtalarını ağacların budaqları üzərinə qoyurlar. Kaliforniya və tut qalxanlı yastıcaların kiçik yaşlı sürfələri cavan zoğ və skelet budaqlarda üstlərini möhkəm, qoruyucu qabıq ilə örtərək qışlayırlar. Alma, şərq, gavalı meyvəyeyənləri, eləcə də şüşəqanad kəpənəyin tırtılları, alma çiçəkyeyəni, armud uzunburun böcəyi, kazarka və bukarka ağacların gövdəsindəki çatların və quru qabıqların altında, yerə tökülmüş xəzəl arasında və torpaqda gizlənərək qışlamanı keçirirlər. Minalayacı güvələr, Amerika ağ kəpənəyinin pupları da ağacların gövdələri üzərində, torpağın üst qatında və yerə tökülmüş xəzəllərin arasında özlərinin qış dövrünü yaşayırlar.

Qonur və qırmızı meyvə gənələri yumurta fazasında zoğların, skelet budaqların qabığı üzərində, yemişan gənəciyi isə yetkin formada xəzəllərin arasında, ağacların quru qabıqları altında qışlama dövrlərini keçirirlər. Yarpaqbükənlər və ipəksarıyan kəpənəklər isə öz yumurtalarını qrup halında (150-yə qədər) ağacların 1-2 illik budaqlarına, gövdələrinə qoyaraq qışlama dövrünü keçirirlər. Meyvə bağlarına zərər vuran bütün mənənə növləri də zoğların uclarında, skelet budaqların üzərində qışlama dövrlərini yumurta fazasında keçirirlər.

Meyvə bağlarına böyük ziyan vuran, onların zəifləməsinə, hətta qurumasına, məhsuldarlıqlarının aşağı düşməsinə səbəb olan dəmgil, unlu şeh (külləmə), monilioz, klasterosporioz, septarioz fillostiktoz, polistiqmoz kimi göbələk xəstəlikləri ağacların zoğ və tumurcuqlarında, qabıqlarında, yerə tökülmüş yarpaqlar üzərində mitseli, çanta, yaxud konidial mərhələlərdə qışlama fazalarını keçirirlər. Alma və armud ağaclarının skelet budaqlarının, gövdəsinin, bəzən də bütün yerüstü hissəsinin qurumasına səbəb olan adi xərçəng, qara xərçəng, sitosporoz, səthi nekroz, vertisillioz, bakterial nekroz, bakterial xərçəng, kök xərçəngi və digər qabıq, oduncaq, kök xəstəlikləri müxtəlif formalarda (piknidi, apotesi, peritesi və s.) özlərinin sakit formalarına keçmişlər.

Qeyd etmək lazımdır ki, yeni bağların salınması zamanı aqronomik qaydalara riayət edilmədikdə, o cümlədən köhnə bağın çıxarılaraq onun yerinə dərhal yeni tumlu (alma, armud), yaxud çəyirdəkli (gilas, gavalı, şaftalı, ərik və s.) bağ salındıqda, həmin torpaqda olan göbələk mənşəli (vertisilioz, fuzarioz və s.), həmçinin bakterial mənşəli (kök xərçəngi, bakterial xərçəng, bakterial nekroz və s.) törədicilərinin aktiv fəaliyyətləri nəticəsində cavan ağacların 60-70 faizinin, bəzən də daha çox hissəsinin quruması müşahidə edilir.

Meyvə çürüməsi (monilioz) xəstəliyinin törədiciləri isə ağacların budaqlarında quruyub qalmış çürük, mumiyalaşmış meyvələrdə “ehtiyat mənbəyi”, yaxud depo kimi qalmışlar. Belə budaqlarda qalmış meyvələrdə həm də qara xərçəng xəstəliyinin törədiciləri də olur.

Bağbanlar yuxarıda adları qeyd olunmuş zərərverici və xəstəliklərin qış və erkən yaz dövründə qarşısını necə ala bilərlər? Nə etmək lazımdır ki, bağda olan hər ağac sağlam qalsın və bol keyfiyyətli məhsul versin?

Bunun üçün ağacların qış yuxusuna getdiyi dövrdə bağlarda keyfiyyətli becərmə işləri aparılmalıdır. Bu dövrdə hər bir bağban bağını diqqətlə yoxlamalı, bütün ağacların hər bir budağını, zoğunu belə nəzərdən keçirməlidir. Baxış zamanı ağaclardakı quru, xəstə budaqlar kəsilməli və bağdan kənara çıxarıb yandırılmalıdır. Müasir intensiv bağlarda isə budama zamanı kəsilmiş budaqlar cərgələrin ortasına atılır, sonra xüsusi şaxdoğrayanla doğranılır və torpağa qarışır. Budağagirən, üfunətli ağacovan, şərq meyvəyeyəni, qırışıqlı qabıqyeyən və digər zərərvericilərlə, həmçinin qara xərçəng, adi xərçəng, sitosporioz, bakterial nekroz və s. qabıq, oduncaq xəstəlikləri müşahidə edilən xəstə budaqlar və gövdə hissələri 1-2 santimetr sağlam toxumayadək kəsilməli və yaralar 3 faizli mis kuporosu (göydaş) məhlulu ilə dezinfeksiya edilərək üzərinə bağ məlhəmi sürtülməlidir.

Ağacların sükunəti dövründə, həm də ağacların dibləri, yəni gövdə ətrafları ya bellə, yaxud frezlə yumşaldılmalıdır. Cərgəaralarının hər 4 ildən bir 25-30 santimetr dərinlikdə şumlanması, qalan vaxtlarda diski, yaxud frez ilə yumşaldılması və ya otunun biçilməsi vacibdir.

Bu işlərin aparılması nəticəsində payızda yerə tökülmüş yarpaqlar torpağa qarışaraq çürüyür, torpağın üst qatında gizlənən həşəratlar isə məhv olurlar. Bu aylarda ağacların gövdə və əsas skelet budaqları quru qabıqdan tam təmizlənməlidir ki, orada gizlənən zərərverici həşəratlar məhv olsun. Zərərverici və xəstəlikləri kütləvi surətdə məhv etmək üçün bağlarda qış müalicəsinin aparılmasının böyük əhəmiyyəti vardır. Zərərvericiləri qış dövründə məhv etmək üçün qışlıq mineral yağdan (oleokuprit, vinterol və s.) 30-40 l/1 ton su hesabı ilə çiləmə işi aparılmalıdır. Bu zaman havanın temperaturunun 5-80C-dən yuxarı olmasına diqqət edilməlidir.

Bağlarda müşahidə edilmiş xəstəliklərə qarşı mis kuporosu (98 faizli göydaş) 15-20 kq/1 ton su, Bordomiks (20 faizli mis) - 20 kq/1 ton su, yaxud dəmir kuporosu (dəmir-sulfat) – 30 kq/1 ton su hesabı ilə çiləmə işi aparılmalıdır.

Bağbanlar payız-qış aylarında alma şüşəqanad kəpənəyi, qabıqyeyən böcəklər, dovşanlar və siçanabənzər gəmiricilərə qarşı 2 kiloqram sönmüş əhəng, 1 kiloqram gil və 1 kiloqram təzə at, yaxud inək peyininin onda bir suda qarışığından hazırlanmış məhluldan istifadə edə bilərlər.

Hər ilin dekabr ayından başlayaraq qış dövrü ərzində siçanabənzər gəmiricilərin işlək yuvalarına qarşı mütləq aldadıcı yem (zəhər) qoyulmalıdır. Aldadıcı yem 10 kiloqram pörtülmüş buğda + 40-50 qram bitki yağı + 40-50 qram sink-fosfid qarışığından hazırlanır və hər yuvaya çay qaşığı ilə 5-8 dən tökülərək yuvaların ağzı ayaqla bərkidilir.

Qeyd edək ki, gəmiricilərə qarşı mübarizədə çillə vaxtlarında keyfiyyətli qış suvarmasının da olduqca böyük əhəmiyyəti vardır. Beləliklə, qış və erkən yaz fəslində zərərverici və xəstəliklərə qarşı yaxşı becərmə və müalicə işləri aparılarsa, bağbanlar yayda bağlarından bol və keyfiyyətli məhsul ala bilərlər.

Mədət QURBANOV,
KTN Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun bitki mühafizəsi şöbəsinin baş elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri