Icma.az
close
up
RU
Ağaclara və evlərə zərərvericilər daraşıb Rəsmi açıqlama

Ağaclara və evlərə zərərvericilər daraşıb Rəsmi açıqlama

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Lənkəranda ağaclara kütləvi şəkildə zərərvericilər daraşıb. 

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən rayon sakinləri bildirib ki, onlar bütün ağacları kökündən yeyir və təsərrüfata ziyan vurur. 

Vətəndaşlar qeyd edirlər ki, həmin ağ rəngli həşəratlar ağaclardan əlavə, evlərin divarlarına da daraşırlar. Bunun qarşısını almaq üçün vətəndaşlar həyətlərindəki tut və ərik ağaclarını kəsirlər.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə (KTN) sorğu ünvanladıq. Bildirilib ki, son günlər Lənkəran rayonu ərazisindəki ağaclarda müşahidə edilən zərərvericilərlə bağlı vətəndaşların narahatlığı barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin nəzarətindədir: “Vətəndaşların şikayətlərində qeyd olunan, kütləvi şəkildə ağaclara və evlərin divarlarına yayılan zərərverici Amerika ağ kəpənəyidir (Hyphantria cunea). Bu zərərverici təhlükəli karantin tətbiq edilən növ olmaqla, polifaq xüsusiyyətə malikdir. Yəni, bir çox bitki növü ilə, xüsusən də tut, ərik, alma və digər meyvə-giləmeyvə ağacları, eləcə də bəzək bitkiləri ilə qidalanır. Hazırda bölgədə müşahidə edilən vəziyyət Amerika ağ kəpənəyinin 2-ci nəslinin tırtıllarının inkişaf dövrünə təsadüf edir. Bu tırtıllar çox qısa müddətdə ağacların yarpaqlarını tora bürüyərək tamamilə yeyir. 

Bildirmək istəyirik ki, vətəndaşlar zərərvericidən xilas olmaq məqsədilə təşvişə düşərək tut, ərik və digər meyvə ağaclarını kəsməsinlər. Zərərvericilər hazırki dövrdə ağacların yaşıl kütləsi ilə qidalanaraq onlara ziyan vururlar. Bu zaman onlara qarşı ən əlverişli mübarizə üsulu zədələnmiş hissənin kəsib atılmasıdır, belə ki, həmin ağaclar növbəti ildə yenidən özlərini bərpa etmək potensialını qoruyub saxlayırlar”.

Nazirlikdən qeyd edilib ki, zərərvericinin kütləvi yayılmasının qarşısının alınması məqsədilə mərkəz tərəfindən dövlət büdcəsi hesabına təxirəsalınmaz mübarizə tədbirləri həyata keçirilir: “Hazırda Lənkəran rayonunun Girdəni, İstisu və Vilvan kənd ərazilərində Amerika ağ kəpənəyinin 2-ci nəslinin tırtıllarına qarşı kənd təsərrüfatı sahələrində kimyəvi mübarizə işləri aparılır. Əlavə olaraq, Şirinsu, Port kəndləri və Liman şəhəri ərazilərində də kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam edir. İşlərin miqyası nəzərə alınaraq mübarizə tədbirləri növbəti həftə ərzində də davam etdiriləcək. İndiyədək artıq 100 hektara yaxın ərazidə dərmanlama işləri icra olunub və ehtiyac yaranarsa bu tədbirlərin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılıb.

Əhaliyə bildiririk ki, Gələcəkdə ərazilərində bu cür kütləvi zərərverici hücumları və ya analoji hallarla qarşılaşdıqda dərhal Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə müraciət etsinlər. Müraciət əsasında mütəxəssislərimiz tərəfindən əraziyə operativ baxış keçiriləcək və müvafiq zərərsizləşdirmə tədbirlərinin görülməsi təmin ediləcək”.

Mədinə Useynova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyul 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see278

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see261

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see250

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see238

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see237

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see236

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see233

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see226

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see225

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see219

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see217

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see208

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see201

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see192

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see187

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see186

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see185

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see185

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see184

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

22 Sentyabr 2026 00:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri