Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu
Icma.az, Bizim media saytına istinadən bildirir.
Nazirlər Kabineti dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, Qərarı baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbərinin aylıq vəzifə maaşı 3600 manat, rəhbərin müavininin aylıq vəzifə maaşı 3115 manat məbləğində müəyyən edilib.
Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsində qeyd edilən rəhbər işçilərin aylıq əməkhaqlarının məbləği həmin hissədə göstərilən aylıq vəzifə maaşından və normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilən digər ödənişlərdən ibarətdir.
Bizim.Media
Baxış sayı:90
Bu xəbər 05 Noyabr 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















