Icma.az
close
up
RU
Ağadadaş övladlarına hansı zərərləri vurub? Bilinməyən məqamlar

Ağadadaş övladlarına hansı zərərləri vurub? Bilinməyən məqamlar

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Ağadadaş Ağayevin Kanal S-də yayımlanan “Həftənin qonağı” verilişində oğlanları ilə bağlı səsləndirdiyi fikirlər müzakirə yaradıb. Belə ki, o, övladları üçün yaratdığı rahat şəraitin onların bədbəxtliyinə səbəb olduğunu deyib.

Sitat: “A-dan Z-yə qədər hər məsələdə yanlarında olmuşam. Amma bir atanın övladları üçün bütün maddi imkanlarını səfərbər etməsinin zərərli tərəfləri çoxdur. Əslində oğlan övladı atasına ehtiyac duymadan ayaq üstə durmağı bacarmalıdır. Mənim dəstəyim onları zəiflətdi”

Valideynlərin belə addımı gələcəkdə uşarlarının inkişafına mane ola bilərmi? Bu yanaşma nə dərəcədə doğrudur? 

Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, sosial elmdə “overparenting” (ifrat valideynlik etmə) və ya “helicopter parenting” (vertolyotvari valideynlik) kimi ifadələr var:

“Bu konseptlərə əsasən, valideynlərin uşaqların həyatına həddindən artıq müdaxiləsi, onların problemləri həll etməsinə imkan verməməsi, uzun müddətdə uşaqların motivasiyası və müstəqil məsuliyyət götürmə qabiliyyətlərini zəiflədə bilir. Övladların hər şeyini təmin etmək onların resurslarını artırsa da, bu, öz səyləri ilə qazanmaq, nəyəsə şəxsi gücləri hesabına nail olmaq təcrübəsini əvəz etmir. Nəticədə sosial bacarıqları kifayət qədər formalaşmamış fərdlər yetişir”.

Yusif Nəbiyev

Sosioloq bildirib ki, valideynin övladı üçün şərait yaratması problem deyil:

“Əksinə, sosial təhlükəsizlik və əsas ehtiyacların təmin edilməsi uşağın inkişafı üçün zəruridir. Problem komfortun hər sahədə tam təmin olunması zamanı ortaya çıxır. Yəni uşaq üçün hər hansı maneə qalmır deyə, həll ediləsi məqam və ya etməsinə imkan yaranmır. Valideynlər balansı qorumağa çalışmalıdırlar. Övladlarının əsas ehtiyaclarını təmin etməli, həm də onları məsuliyyət, problem həll etmə və təşəbbüskarlıqla da üz-üzə qoymalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri