Icma.az
close
up
RU
Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard Tələb edir

Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard Tələb edir

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanəsilli iş adamı Araz Ağalarovun “Crocus Group” şirkəti Rusiyanın “İnqosstrax” sığorta şirkətindən 2024-cü ildə törədilmiş terror aktı nəticəsində yanan “Crocus City Hall”un zərərini ödəmək üçün məhkəmə yolu ilə 1,68 milyard rubl (təxminən 36,5 milyon AZN) tələb edib.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. 

Bildirilib ki, sözügedən məbləğ çəkilmiş xərclərin heç 30%-ni təşkil etmir, lakin bu məbləği də almaq asan olmayacaq. Çünki terror aktı riskinin sığorta müqaviləsinə daxil edilmədiyi güman edilir. 

Məlumata görə, iddia 10 iyul tarixində icraata qəbul edilib, lakin tələblərin mahiyyəti göstərilməyib. İşdə üçüncü tərəf kimi “Crocus Group”un strukturuna daxil olan “Crocus Finance” MMC, “Qazprombank” və PSB bankı çıxış edirlər. 

Qeyd edək ki, Araz Ağalarovun oğlu Emin Ağalarov “Crocus City Hall”da baş verən terror aktı nəticəsində “Crocus Group” şirkətinə dəyən zərərin təxminən 150-200 milyon dollar (təxminən 255-340 milyon AZN) təşkil etdiyini bildirmişdi. Bunlardan təxminən 100 milyon dollarını (təxminən 170 milyon AZN) analoji obyektin tikintisinə çəkiləcək potensial xərclər təşki edir. Baş Prokurorluğun qiymətləndirməsinə görə isə, terror aktı nəticəsində dəymiş zərərin məbləği ümumilikdə 5,7 milyard rubl (təxminən 123,6 milyon AZN) təşkil edir. 

Faciədən sonra “İnqosstrax” şirkətinin nümayəndələri müqaviləyə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirəcəklərini bildiriblər. Eyni zamanda, şirkətin mətbuat xidməti “terror aktı” riskinin müştəri tərəfindən sığorta polisinə daxil edilmədiyini bəyan edib. 2024-cü ildə zərərçəkmişlərin nümayəndələri sığortaçıya qarşı iddia qaldırıb. Məhkəmə təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi üzrə istintaqın hələ başa çatmamasını əsas gətirərək iddianı rədd edib. Həmin il Emin Ağalarov sığortanın terror aktından dəyən zərərin 1/40 hissəsindən çoxunu əhatə etməyəcəyini açıqlayıb.

Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da terror aktı törədilib. Hücum nəticəsində binada olan şəxslərə atəş açılıb, konsert zalı isə yandırılıb. Terror aktı zamanı 145 nəfər həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyul 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri