Ağasəlim Mircavadov: “U 21 dən yaxşı oyun və qələbə gözləyirəm”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycanın U-21 millisindən yaxşı oyun və qələbə gözləyir.
O, yığmanın Avropa çempionatının seçmə mərhələsində Şotlandiya ilə matçda uğurlu nəticə qazanacağına ümid edir.
“Bakıda bu komandaya qarşı oyunda xal almışıq. Həmin matç 3:3 hesabı ilə bitmişdi. Lakin bilməliyik ki, U-21 yığmamızın məqsədi və hədəfi nədən ibarətdir. Düşünürəm ki, ilk növbədə məqsəd əsas yığma üçün futbolçu hazırlamaqdır. Və mümkün olduqca oyunlarda qələbə qazanmaq istəyirlər. Çexiya ilə qarşılaşmanı vurğulamaq istəyirəm. Həmin matçda U-21 yaxşı oynamışdı, hətta qələbə də qazana bilərdilər. Fikrimcə, həmin ruh yüksəkliyi futbolçularda qalıb. Onlardan yaxşı oyun və qələbə gözləyirəm. Komandada əsas yığmaya layiq futbolçular var. Lakin onlar da öz üzərilərində işləməlidirlər”, - deyə o report.az-a açıqlamasında söyləyib.
“Şöhrət” ordenli mütəxəssis tərəflər arasında Bakıda baş tutan ilk matçda rəqib komandanın özünü qeyri-etik apardığını xatırladıb:
“İlk matçda onlar bizim futbolçularımız haqda yaxşı təəssuratda deyildilər. Matçın son anları da insidentlə yadda qalmışdı. Bu da futbolçualrımız üçün əlavə motivasiya ola bilər”.
Xatırladaq ki, U-21 millisinin Şotlandiya ilə oyunu sentyabrın 30-da Kilmarnok şəhərində baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Sentyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















