Icma.az
close
up
RU
“Ağca qız” qalmaqalı: Nağıl premyerası ləğv edildi

“Ağca qız” qalmaqalı: Nağıl premyerası ləğv edildi

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Disney” mübahisəli uyğunlaşmaya reaksiya verməmək üçün Böyük Britaniyada “Snow White” (Ağca qız) premyerasını keçirmək planlarından imtina edib. Qeyd edək ki, “Snow White” 2025-ci ilin ən gözlənilən və bahalı filmlərindən biridir. Lakin “Disney” rəhbərləri reaksiya qorxusuna görə filmə ulduzlarla dolu İngiltərə premyerasını verməkdən imtina edirlər.
 

Sfera.az bildirir ki, təqribən 250 milyon dollarlıq film üçün dəbdəbəli premyera əvəzinə, yalnız bir neçə ciddi nəzarət altında olan mətbuat tədbirləri olacaq.
Film artıq latin aktrisa Rachel Zeglerin (Reyçel Zeqler) Snow White rolunu oynamasına və adında "yeddi cırtdan"dan bəhs etmədiyinə görə tənqid olunub.
 

"Disney” artıq Ağca qız ilə bağlı təhsil əleyhinə qrupların reaksiyasını gözləyir və media cədvəlini azaldıb. Onlar filmin premyerasını Londonda keçirməmək və Reyçel Zeqlerin mətbuata verdiyi sualların sayını minimuma endirmək kimi olduqca qeyri-adi addım atıblar”-deyə mənbə bildirib.
 

Qərar, Snow White rolunu oynayan aktrisa Reyçel Zeqlerin rolu ilə bağlı mübahisəli şərhlərə görə "Disney üçün PR fəlakəti" etiketlənməsindən sonra verilib.
2022-ci ildə verdiyi müsahibədə Zeqler orijinal filmdə Ağca qızın Şahzadə Çarminq ilə münasibəti kimi aspektləri tənqid edərək sözün həqiqi mənasında Şahzadəni Ağca qızı “təqib edən oğlan” adlandırıb.
Əvvəlki müsahibəsində Zeqler “Disney”in rəhbər vəzifələrdə olan şahzadə və qadınların "problemli" təsvirini də tənqid edərək, 1937-ci ildə çəkilmiş orijinal cizgi filminin onu uşaq ikən qorxutduğunu qeyd edib.
 

Onun şərhlərindən əlavə, Zeülerin Snow White rolunu oynaması “Disney”in daha çox mədəniyyəti əks etdirən hekayələr yaratmaq üçün son səyləri fonunda yeni mübahisələrə səbəb oluv.
 

Yarı kolumbiyalı, yarı polyak olan Zeqleri bəzi tənqidçilər Ağca qız rolu üçün uyğun olmayan seçim hesab ediblər, çünki personaj alman əsillidir. Bundan əlavə, anti-İsrail və Fələstin tərəfdarları filmi boykot etməyə çağırıblar, çünki “Disney” mənfi obraz kraliçanı canlandırmaq üçün israilli aktrisa Qal Qadotu seçib.
Zeqler “Fələstini azad et” şüarı ilə yeni film treylerini təbliğ edərkən press-turlar zamanı da qarşıdurmalar yaşanıb. Qal Qadot isə vətəni İsraili dəstəkləyib. Ən son isə, nağıl kompüter qrafikasının bolluğuna görə tənqid olunub.
 

Atası Uolt Disney ilə orijinal cizgi filmi üzərində işləyən David Hand də çox məyus olub. Hand atası və kollektivin remeyki görsələr, "məzarlarında tərs çevriləcəklərini" bildirib.
İngiltərədə ləğv edilsə də, ABŞ premyerası hələ ləğv edilməyib. Premyera 21 mart 2025-ci ildə baş tutacaq. Amma onun nə qədər dəbdəbəli olacağı hələ məlum deyil.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Mart 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri