Ağcabədidə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Ağcabədi rayonunda minik və yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Avtosfer.az Teleqraf.az-a istinadla xəbər verir ki, qəza zamanı “Hyundai” markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü Rəhimov Göyüş Tahir oğlu və nəqliyyat vasitəsində olan sərnişinlər — 1958-ci il təvəllüdlü Abdullayeva Gülsənəm Abı qızı, 1986-cı il təvəllüdlü Abdullayeva Sevda Adil qızı və 2003-cü il təvəllüdlü Bayramov Vüqar Cövdət oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili qarşıdan gələn “ISUZU” markalı yük avtomobili ilə toqquşub. Toqquşmanın təsirindən yük avtomobili aşıb, “Hyundai” isə yoldan çıxaraq yol kənarına düşüb.
Qəza zamanı “Hyundai”də olan 4 nəfər – sürücü, Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü Rəhimov Göyüş Tahir oğlu, sərnişinlər – 1958-ci il təvəllüdlü Abdullayeva Gülsənəm Abı qızı, 1986-cı il təvəllüdlü Abdullayeva Sevda Adil qızı və 2003-cü il təvəllüdlü Bayramlı Vüqar Cövdəd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 23 Avqust 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















