Icma.az
close
up
RU
Ağcabədidə pambıq zərərləri üzrə sığorta ödənişləri 400 min manatı keçib fermerlərlə görüş

Ağcabədidə pambıq zərərləri üzrə sığorta ödənişləri 400 min manatı keçib fermerlərlə görüş

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

Aqrar Sığorta Fondunun nümaynədələri Ağcabədi rayonunda pambıq əkini ilə məşğul olan fermerlərlə görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, görüşlərdə fermerlər və yerli icra qurumları aqrar sığorta mexanizmi haqqında məlumatlandırılıb, Aqrar Sığorta Fondunun (ASF) xidmət və məhsulları təqdim edilib. Xüsusilə pambıq bitkisinin sığorta şərtləri, pambığın sığortalandığı hallar, zərər baş verdikdə sığorta ödənişi prosesi barədə ətraflı məlumat verilib . Bildirilib ki, aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələri, fırtına, qasırğa, dolu, sel-subasma, leysan yağışları, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkəti kimi hadisələrdən qoruyur.

Sığorta haqqının 50 faizini isə fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Nəticədə Ağcabədi rayonunda 40 sentner pambıq məhsulu gözlənilən 1 hektar sahənin sığortalanması fermerə cəmi 29 manata başa gəlir. Bu, pambıq sahəsindən yığılan məhsulun dəyərinin 1 faizidən də azdır.

Son illər ölkədə sığortalanan pambıq sahələrinə dəyən zərər üzrə ödənişlərin məbləğləri artmaqdadır. Belə ki, 2023-cü ildə ölkədə 14 min hektar pambıq sahəsi sığorta edilmişdisə, 2024-cü ildə bu rəqəm 29 min hektara yaxınlaşıb.

Ağcabədi rayonunda sığortalanan pambıq sahələri genişləndikcə, zərərlər nəticəsində aqrar sığorta ödənişləri də artmaqdadır. Belə ki, 2022-ci ildə Ağcabədi rayonunda pambıq sığortası üzrə 60 min manat sığorta ödənişi həyata keçirildiyi halda, 2023-2024-cü illərdə bu məbləğ 180-190 min manata yüksəlib. Nəticədə son 3 ildə Ağcabədi rayonu üzrə pambıq fermerlərinə edilən ödənişlər 430 min manata çatır.

Görüşlərdə fermerlər bir sıra mühüm məsələlər, o cümlədən pambıq sahələrinin sel-subasma və leysan riskindən sığortası, eləcə də pambığın sığorta tarifləri ilə bağlı suallar səsləndiriblər. Bütün suallar ətraflı cavablandırılıb, fermerlərə zəruri izahlar verilib. Qeyd edilib ki, pambıq və digər bitkilər üzrə əkin sahələrinin təbiət hadisələrindən qorunmasının yeganə üsulu onların aqrar sığorta mexanizmi vasitəsilə sığorta olunmasıdır. Fermerlər bu imkandan istifadə edərək, pambıq sahələrini sərfəli şərtlərlə sığorta edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri