Icma.az
close
up
RU
Ağcabədinin deputatları 13 yaşlı qızın hamilə olmasından danışdı: “Cinayətdir!” “Vəhşilikdir!”

Ağcabədinin deputatları 13 yaşlı qızın hamilə olmasından danışdı: “Cinayətdir!” “Vəhşilikdir!”

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda 13 yaşlı qızın 23 yaşlı oğlandan hamilə olması ilə bağlı xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.

Xatırladaq ki, nişan məclisində qızın hamilə qaldığı bilinib. Ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar. Faktla bağlı cinayət işi açılıb.

Ağcabədidən deputat seçilmiş Aqil Abbas Globalinfo.az-a deyib ki, yəqin ki, həm 23 yaşlı oğlan, həm də 13 yaşlı qızın valideynləri cəzalanacaq:

“Ağcabədi sakit bir rayondur. Belə hadisələr bu rayonda olmur. Söhbət təkcə Ağcabədidən də getmir. Belə hadisəmi olar? 13 yaşlı qızın 23 yaşlı oğlandan hamilə olması birbaşa cinayətdir. Hesab edirəm, hüquq-mühafizə orqanları məsələ ilə bağlı lazımi araşdırma aparıb, oğlana cəza veriləcək”.

Deputat Tahir Rzayev isə deyib ki, əlbəttə ki, bu bir qəbahət, cinayətdir:

“13 yaşlı qızın ailə qurması qanunaziddir. Başqa tərəfdən baxdıqda, bu bir vəhşilikdir! 13 yaşlı qızla ailə həyatı qurmaq əxlaqsızlıqdır! Bu yaşda bir qız hələ yetkinlik yaşına çatmayıb. Onun necə uşağı olsun? Olan uşağın həyatda qalması da çətindir. Ümumiyyətlə, 13 yaşlı bir insan özü uşaqdır.

13 yaşlı qızla evlənən də, bu işdə iştirak edən ailə də mədəniyyətsizdir. Onu da deyim ki, belə halların olması, xaricə yansıması bir xalq olaraq bizim adımıza da ləkə gətirir. Bizim millətə belə şeylərə görə pis baxırlar.

Mən heyrət edirəm. 13 yaşlı qızı ərə verən ana, ata görəsən, nə düşünür? Onlar heç düşünmürmü ki, balasını zülmə atır? Yenə deyirəm, bu, bir vəhşilikdir. Belə bir işi görən biri insan ola bilməz!”.

Qeyd edək ki, məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib. Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Mart 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri