Icma.az
close
up
RU
Ağcaqanad xortumu “böyüdücü cihaz” imiş...

Ağcaqanad xortumu “böyüdücü cihaz” imiş...

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər ondan ultranazik xətləri görmək üçün istifadə ediblər

Tədqiqatçılar laboratoriyada yetişdirilmiş ölü dişi ağcaqanadın xortumunu bioprinter üçün təbii “3D-nekrobaşlıq” kimi uyğunlaşdırıblar. Alimlərin adlandırdığı bu bioloji alət süni mikroiynələrdən həm daha dəqiq işləyib, həm də bahalı mikroskopik iynələrin hazırlanmasına xərcləri azaldıb.

Yüksək dəqiqlikli üçölçülü çap insan saçından daha nazik detallar hazırlamağı tələb edir. Belə texnologiya tibbdə hüceyrə məhlullarından canlı toxumaların yetişdirilməsi və mikroelektronika kimi sahələrdə vacibdir. Lakin əsas problem - çap başlıqlarının baha və mürəkkəb konstruksiyaya malik olmasıdır. Diametri 50 mikrometr olan metal və ya plastik iynələr həm çox bahalıdır, həm də cüzi tıxanma zamanı yararsız hala düşür.

Təbiətdə isə mayeləri vurmaq və ya sorub çıxarmaq üçün hazır “alətlərə” malik saysız-hesabsız orqanizmlər var: əqrəblərin sancaq orqanı, ilanların zəhər dişləri, müxtəlif həşəratların sorucu strukturları. Biomühəndis yanaşması bu təbii mexanizmlərin texnologiyada istifadəsini təklif edir. Bu yanaşma həm istehsal dəyərini aşağı salır, həm də plastik tullantıların utilizasiyası problemini aradan qaldırır. Biomühəndislər müxtəlif canlıların quruluşunu təhlil edərək seçimlərini “Aedes aegypti” ağcaqanadının dişi fərdlərinə yönəldiblər. Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Araşdırmanın müəllifləri laboratoriyada yetişdirilən dişi ağcaqanadların xortumunu diqqətlə çıxararaq onu standart şprisin plastik ucluğuna yapışqan vasitəsilə bərkidiblər. Daha sonra bu hibrid qurğunu xüsusi hazırlanmış platformaya yerləşdiriblər və ona “nekroprintr” adı verilib. Ağcaqanadın xortumu mayeləri ötürmək üçün son dərəcə davamlı təbii strukturdur. Onun daxili kanalı cəmi 20 mikrometr diametrə malikdir - bu, ən incə kommersiya mikroiynələrindən iki dəfə nazik və insan saçından dəfələrlə zərifdir. Bununla belə, təbii “iynə” çap zamanı düz formasını qoruyub saxlayır və altlığa toxunduqda əyilmir.

Mühəndislər şprisi biomürəkkəblə dolduraraq ekstrüziya prosesinə (Ekstrüziya prosesi - materialın (əsasən metal, plastik, rezin və ya qida kütləsi) xüsusi formada olan dəlikdən (kalibrdən, matrisdən) yüksək təzyiq altında keçirilməsi ilə davamlı profil şəklinə salınması prosesidir. Sadə dillə desək, material “sıxılaraq” boru, çubuq, lent, profil və ya digər formalar halına gətirilir–red.) başlayıblar. İlk məqsəd bu bioloji mikroiynələrin dözümlülüyünün sərhədlərini müəyyənləşdirmək idi. Məlum olub ki, xortum təxminən 60 kilopaskal daxili təzyiqə tab gətirir. Yeni sistemin imkanlarını nümayiş etdirmək üçün tədqiqatçılar bir neçə mikroskopik obyekt hazırlayıblar: nazik arakəsməli “arı pətəyi” formasında qəfəsvari struktur və ağcaqayın yarpağı konturunu yüksək dəqiqliklə çap ediblər.

Hazır konstruksiyalarda xətt qalınlığı 18-28 mikrometr arasında dəyişib. Üstəlik hüceyrə membranları zədələnməyib. Araşdırma göstərib ki, sadə ağcaqanad xortumu mürəkkəb mühəndis detallarını əvəz edə biləcək səmərəli və ucuz alətdir. Texnologiya mikroskopik strukturların minimal xərc ilə hazırlanmasına imkan verir, çünki laboratoriya şəraitində ağcaqanadların yetişdirilməsi çox ucuz başa gəlir. Gələcəkdə bu tip yenilənə bilən bioiynələrin klinik analizlərdə, mikrotexnologiyada və hüceyrə karkaslarının yaradılmasında geniş tətbiq tapacağı gözlənilir.

Hazırladı:
S.ELAY
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri