Icma.az
close
up
RU
Ağcaqanadla gələn ÖLÜM Təhlükəli virus Biləsuvara ÇATDI

Ağcaqanadla gələn ÖLÜM Təhlükəli virus Biləsuvara ÇATDI

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranda yayılan Denge qızdırması Ərdəbil əyalətinin Azərbaycanla sərhəddə yerləşən Biləsuvar rayonuna çatıb. İranın Səhiyyə nazirliyi əhalini məlumatlandırıb ki, xüsusi ağcaqanad növü ilə yayılan virus bütün ölkə ərazisinə yayılıb və hətta göydələnlərin ən yüksək mərtəbələrində belə uçmaq və xəstəliyi ötürmək qabiliyyətinə malikdir.
Proqnozlar göstərir ki, payız fəslində yağıntılar artdıqca, infeksiyanı yayan ağcaqanadların sayı artacaq. İranın bir neçə əyalətində yayılan və bir neçə nəfərin ölümünə səbəb olan Denge qızdırması kabusa çevrilməkdədir.
 

MÖVZU İLƏ BAĞLI:
Niyə ağcaqanadlar bəzi insanları digərlərindən daha çox sancır?


Artıq sərhədlərimizə qədər gəlmiş Denge qızdırmasının Azərbaycanda da yayılma ehtimalı varmı?
İnfeksionist Mərdan Əliyev Bizim.Media-nın sualını cavablandıraraq bildirdi ki, xəstəliyin Azərbaycanda da yayılması ehtimalı var. Lakin bu yayılma qısa müddət ərzində baş verə bilməz:
“Çünki virusu yayan ağcaqanad növləri hazırda Azərbaycanda mövcud deyil. Onun yerləşməsi, çoxalması, yayılması üçün uzun müddət lazımdır. İqlim dəyişikliyi yaranarsa, bir neçə onillik sonra Azərbaycana gəlməsi mümkündür”.
Mütəxəssis diqqətə çatdırdı ki, bu xəstəlik koronovirus kimi hava-damcı yolu ilə yoluxmur. Bunun yoluxması üçün vektor, yəni xüsusi ağcaqanadlar lazımdır:
“Flavivirus adlanan viruslar xüsusi növ ağcaqanadlar tərəfindən yayılır. Necə ki bizdə bir müddət əvvəl anofelis növlü ağcaqanad malyariya yoluxdururdu, Denge virusu da onun kimidir. Hazırda Azərbaycanda malyariya xəstəliyinə rast gəlinmir, demək olar ki onun nəsli ölkədə kəsilib. Bu virusu yayan ağcaqanadların Azərbaycanda yoluxduruculuq qabiliyyəti üçün ona uyğun şərait: nəmli mühit, bataqlıq, subtropik iqlim şəraiti olmalıdır”.
Qeyd edək ki, xəstəliyin ilkin əlamətləri yüksək hərarət, halsızlıq, sümük və əzələ ağrıları, baş ağrılarıdır. Ağırlaşmalar zamanı qanaxmalar olur və daxili orqanlarda, eləcə də dəridə özünü göstərir. Buna görə də Denge qızdırması hemoragik xəstəliklər (qansızmalarla müşaiyət olunan) sinfinə aid edilir.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Sentyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri