Icma.az
close
up
RU
Ağdam Muğam mərkəzinin açılışı tarixi hadisə olaraq yaddaşlarda qalacaq

Ağdam Muğam mərkəzinin açılışı tarixi hadisə olaraq yaddaşlarda qalacaq

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

AZXEBER.COM xəbər verir ki, açılışda iştirak edən mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.

Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.

Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.

Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Prezident və xanımı Muğam Mərkəzinin açılışında iştirak edən bir qrup incəsənət xadimi və sənətçilər ilə görüşüblər.

Muğam ifaçıları İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanı "Qarabağ" mahnısının canlı sədaları altında qarşılayıblar.

Ağdamda tarixi anlara şahidlik edən Xalq artist Mələkxanım Eyyubova Prezidentin sənət adamları ilə səmimi görüşünün ardından yaşadığı hissləri AZXEBER.COM-la bölüşüb:

"Bu təkcə biz sənət adamlarının yox, ümumilikdə Azərbaycan xalqının sevincidir. Çünki bizim işğaldan azad olunan torpaqlarımızda çox gözəl işlər gedir. İşğaldan azad edilən torpaqlarda belə mərkəzlərin açılması o deməkdir ki, artıq o torpaqlarda hər zaman muğam səsi gələcək. İnsanlar öz torpaqlarına qayıdacaq və o yurdda  "Qarabağ şikəstəsi" səslənəcək. 

Xalq artisti deyib ki, Ağdam Muğam Mərkəzində hər cür şərait yaradılıb: 

"Bir neçə il bundan öncə Şuşaya gedəndə yollar narahat idi, çətinliklə getmək olurdu. Amma bu il çox rahat şəkildə Xankəndiyə, Laçına getdik. Çünki ildə-ilə o torpaqlar daha da çiçəklənir, inkişaf edir. Hər gedəndə orada yeniliklərin şahidi oluruq. Ağdam Muğam Mərkəzinin açılışı da tarixi hadisə olaraq yadda qaldı. Çox möhtəşəm, əzəmətli, böyük tutumlu bir mərkəzdir. Geniş səhnəsi, böyük konsertlər üçün hər bir şəraiti var".

Mələkxanım Eyyubova Prezident və xanımının qarşısında canlı ifa etdiyi muğam haqda da danışıb:

"Bu Prezidentimiz mərkəzdən çıxan zaman baş verdi. Planlanmış heç bir şey yox idi. Hər şey təbii və içimizdən gəldiyi kimi oldu. Biz sənət dostlarımla hamımız bir ağızdan "Qarabağ" mahnısını ifa etməyə başladıq. İlham Əliyevin gözləri dolmuşdu, çox gözəl hisslərlə bizi dinləyirdi. Mahnının sonunda mənim muğam oxumağım planlanmamış da olsa, mən onu içimdən gəldiyi kimi ifa etdim. Prezidentimizin çox zamanını almaq istəmədik, o səbrlə, qürurla hər bir vətəndaşı və sənət adamını dinləyirdi, qayğı göstərirdi. Həqiqətən də Ağdam Muğam mərkəzinin açılışı tarixi hadisə olaraq yaddaşlarda qalacaq. Allah xalqımıza hər zaman belə şad günlər qismət eləsin"

Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusunda dərc edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 May 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri