Ağdam rayonunun ictimai həyatında və idmanda fərqlənən gənclər mükafatlandırılıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Ağdam, 2 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Rayon Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə gənclər və idman sektoru və Ağdam Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Sərəncamına əsasən, fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsindən, gənclərin respublikanın ictimai-siyasi həyatında fəal iştirakından, müxtəlif sahələrdə qazandıqları uğurlardan danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar.
Sonra rayonun ictimai-siyasi həyatında və idmanda fərqlənən bir qrup gənc fəxri fərmanla təltif edilib, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
Ağdam Musiqi Kollecində davam edən tədbirin bədii hissəsində “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Əməkdar artist Firuz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında rəngarəng musiqi nömrələri təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 02 Fevral 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















