Icma.az
close
up
RU
Rektor BMU nun ictimai və sosial həyatında fərqlənən tələbələrlə görüşüb

Rektor BMU nun ictimai və sosial həyatında fərqlənən tələbələrlə görüşüb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 may, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev universitetin Bədii yaradıcılıq bölməsi özfəaliyyət kollektivlərinin fəal üzvləri olan tələbələrlə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor BMU-nun müxtəlif ixtisaslarında təhsil alan tələbələrə universitetin ictimai, sosial və mədəni tədbirlərində fəallıqlarına, eyni zamanda, ali məktəblər arasında təşkil olunan yaradıcı layihələrdə iştirak etmələrinə görə təşəkkürünü bildirib. Gənclərin təhsil aldıqları ali məktəbdə təkcə bilik və texnoloji bacarıqları deyil, eyni zamanda, istedadları ilə önə çıxmasını təqdirəlayiq hal kimi qiymətləndirən rektor universitetdə hər bir tələbənin yaradıcı potensialının üzə çıxarılması üçün mövcud imkanları vurğulayıb.

Yaqub Piriyev xalqımızın mədəni irsinin qorunması və təbliğində gənclərin üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda, onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən göstərilən dəstək və qayğını, həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması, onların intellektual potensialının təmin edilməsi, milli maraqlara uyğun güclü kadr siyasətinin formalaşdırılmasının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Görüşdə rektor BMU-da istedadlı, yaradıcı gənclərin aşkar olunması, onların qabiliyyətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı görüləcək işlərdən də danışıb.

Tələbələrin qayğıları, o cümlədən yay imtahanlarına hazırlıqları ilə maraqlanan Yaqub Piriyev onlara təhsil, karyera ilə bağlı bir sıra tövsiyələr verib və hər birinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda universitetin ictimai-mədəni həyatında fəallığı ilə seçilən BMU tələbələrinə fəxri fərmanlar təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri