Icma.az
close
up
RU
Ağdam şəhərində 5 ci yaşayış kompleksi inşa olunur

Ağdam şəhərində 5 ci yaşayış kompleksi inşa olunur

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdam şəhərində aparılan bərpa-quruculuq işləri çərçivəsində 5-ci yaşayış kompleksinin tikintisi davam etdirilir. Layihəyə uyğun olaraq, yaşayış kompleksində 50 binanın inşası nəzərdə tutulur.

Modern.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli bildirib ki, artıq 2-ci yaşayış kompleksinə sakinlərin köçü təmin olunub. Bu yaşayış kompleksində 103 ailə olmaqla, 403 ailə yaşayır. Ağdam şəhərindəki digər yaşayış kompleksində də işlər davam edir.

5-ci yaşayış kompleksində isə 50 binanın inşası nəzərdə tutulur. Onlardan 40-ı çoxmənzilli yaşayış binası, 10-u isə qeyri-yaşayış binalarıdır. Bu yaşayış kompleksi 12 məhəllədən ibarət olacaq. Ümumilikdə isə 1074 mənzilin inşası planlaşdırılır.

F.Məmmədli qeyd edib ki, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də tikinti işlərinə başlanılması nəzərdə tutulur. 3-cü yaşayış kompleksi 13 məhəllədən ibarət olacaq.

Ağdam şəhərində digər yeniliklərdən də danışan Fidan Məmmədli deyib: “Ağdam Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Məscidin yardımçı tikililəri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən inşa ediləcək və tikintiyə yaxın vaxtlarda başlanılacaq. Eyni zamanda, Ağdam şəhərində çoxfunksiyalı inzibati binanın da tikintisinə yaxın vaxtlarda başlanması nəzərdə tutulur”.

Sonra layihə rəhbəri Nəbi Mansurovla söhbət edirik. Məlum olur ki, məhəllədə yeraltı və yerüstü avtopark, velosiped saxlama yerləri də olacaq. Bütün bu amillər nəqliyyatın hərəkətinin tənzimlənməsinə öz töhfəsini verəcək.

135-ci məhəllə üzrə layihə rəhbəri Telman Paşşanov isə deyib: “135-ci məhəllədə 2 ədəd altımərtəbəli, 1 ədəd səkkizmərtəbəli bina inşa olunur. Mənzillər 2, 3 və 4 otaqlıdır. Yeraltı avtodayanacaq və zirzəmiləri bir-birinə bağlayan yeraltı qalereya olacaq. Hazırda binaların yeraltı konstruksiya hissəsi tamamlanıb, 3-cü mərtəbələrin işləri yekunlaşır. Həmçinin yerüstü avtodayanacaq, kiçik stadion və binalararası yolların inşası nəzərdə tutulur. Konstruksiya işlərinin may ayında yekunlaşması planlaşdırılır. Hazırda konstruksiya işləri ilə yanaşı hörgü və mühəndis-kommunikasiya işləri də davam edir”.(AzərTac)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Fevral 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri