Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağdam Sənaye Parkının rezidenti Gürcüstana divar kağızları ixrac etməyə başlayıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Məlumata görə, Agentliyin idarəçiliyində olan Ağdam Sənaye Parkında ilk dəfə məhsul ixracına başlanılıb. Sənaye Parkının rezidenti “Mister Decor” MMC tərəfindən Gürcüstana divar kağızları ixrac edilib. Hazırda şirkət tərəfindən digər ölkələrə məhsul ixracı ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən Sənaye Parkında ümumilikdə, 2 300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9müəssisə fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 28 Noyabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















