Ağdamda elektrik avtomobilləri üçün enerjidoldurma cihazları istifadəyə veriləcək
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaxın iki həftə ərzində Ağdamda elektrik avtomobilləri üçün enerjidoldurma cihazları quraşdırılaraq istifadəyə veriləcək.
Avtosfer.az xəbər verir ki, bunu "Charge.az" şirkətinin əməliyyatlar üzrə direktoru Nicat Əbdülməcid deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə Ağdamda iki ədəd cihazın quraşdırılması nəzərdə tutulur.
"Hazırda enerjidoldurma cihazları Şuşa şəhərində quraşdırılıb. Ümumilikdə ölkənin bir çox rayonlarını əhatə etmək niyyətindəyik ki, bu, sürücülər üçün müsbət bir stimul olsun və onlar yaşıl enerjiyə keçid etsinlər",- N.Əbdülməcid qeyd edib.

Ağdamda avtovağzal nə vaxt istifadəyə veriləcək? RƏSMİ
12 Dekabr 2024 15:44
Ağdamda Avtovağzal Kompleksi bu tarixdə istifadəyə veriləcək
12 Dekabr 2024 16:03
İsrail elektrik avtomobilləri üçün ultra sürətli enerji doldurma cihazları əldə edəcək
19 İyul 2025 16:41
Ağdamda dəmir yolu və Avtovağzal Kompleksi bu tarixdə istifadəyə veriləcək
12 Dekabr 2024 15:59

