Ağdamda kənd təsərrüfatı yenidən qurulur: 3 kənddə işlər başlayıb
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ağdamın yenidən qurulması ilə yanaşı, burada kənd təsərrüfatının inkişafı üçün də yeni imkanlar formalaşır”
Modern.az-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov rayonda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunan “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsində deyib.
Festivalda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov, həmçinin fermerlər və şirkət nümayəndələri iştirak edir.
Məcnun Məmmədov bildirib ki, aqrar biznes festivalları fermerlər, sahibkarlar, dövlət qurumları, elmi-tədqiqat institutları və şirkətlər arasında əməkdaşlığın qurulmasına xidmət edən mühüm platformaya çevrilib.
Nazir 100-cü festivalın Ağdamda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Torpaqdan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, yeni təsərrüfatların yaradılması və aqrar istehsal potensialının artırılması qarşıdakı dövrün əsas istiqamətlərindəndir”.
O qeyd edib ki, Ağdamın Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi istiqamətində işlər aparılır.
Nazirin sözlərinə görə, əsas məqsəd yalnız istehsal həcmini artırmaq deyil, daha məhsuldar, texnoloji və rəqabətqabiliyyətli aqrar sistem formalaşdırmaqdır. Bu baxımdan məhsulun saxlanması, logistikası, çeşidlənməsi, qablaşdırılması və soyuq zəncirin təşkili də mühüm əhəmiyyət daşıyır.
“Əsas hədəfimiz fermerin müasir texnologiyalara, keyfiyyətli toxum və innovativ həllərə çıxışını genişləndirmək, aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdır.
Əminəm ki, dövlət, fermer, biznes, elm və texnologiya arasında əməkdaşlığın gücləndirilməsi aqrar sektorun inkişafına mühüm töhfə verəcək. Fermer ənənələri, təsərrüfatçılıq ənənələri Ağdama qayıdır”, – deyə nazir bildirib.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















